Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 08:45

Minalara görə sakinlər küçəyə çıxa bilmir


Beynəlxalq Qırmızı Xaç Komitəsi talibançıları ölkənin cənubunu minalamaq və bu metoddan geniş istifadə etməkdə ittiham edib.

Təşkilatın yaydığı bəyanatda bunun xüsusilə dinc sakinlər üçün təhlükəli olduğu bildirilir.

Bəyanatda qeyd olunur ki, minaların sayı o qədərdi ki, camaat qorxusundan küçəyə çıxa bilmir və bu yaralıların hospitala çatdırılmasını çətinləşdirir.

Beynəlxalq koalisiya qüvvələri ilə Əfqanıstan ordusunun ölkənin cənubunda- Helman əyalətində talibançılara qarşı apardığı irimiqyaslı hərbi əməliyyatlar başa çatmaq üzrədir.
XS
SM
MD
LG