
C.Sümərinli onu da deyib ki, Azərbaycanın hərbi tələblərinə ayrılan xərclərin 70 faizi təyinatına uyğun xərclənir, 30 faizi isə itir:
- Büdcə tam hərbi sirr hesab edilə bilməz, əsgərlər üçün ərzaq, geyim və s.-lə bağlı tenderlər var. Bunlar ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. Orduda həll olunmamış xeyli sayda problemlər var.
Tərxis olunmuş gəncləri maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bunun əksini iddia edir:
- Hərbi büdcə məsələsi hərbi sirrdir. Azərbaycan silahlı qüvvələrinə dövlət rəhbərliyi tərəfindən nəzarət var. Get-gedə ictimai nəzarət də formalaşır. Heç bir fakta əsaslanmadan fikir bildirmək ədalətsizlikdir.
E.Həsənli hesab edir ki, Azərbaycan ordusu həm döyüş hazırlığı, həm də mənəviyyat baxımından güclüdür:
- Dünyada elə bir peşə yoxdur ki, orada nöqsanlar olmasın. İş olan yerdə qüsur da olur. İslahatlar olanda, onun fasadları da olur.
PROQRAMI DİNLƏYİN.
/ Hazırladı Gülər Qasımova /