Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 16:47

1 Azərbaycan əsgəri ölüb, 8-i yaralanıb


Dünən Bakının Qaradağ rayonunda hərbi maşınla avtobusun toqquşması nəticəsində 1 əsgər ölüb, 8-i isə yaralanıb.

Ölən Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissəsinin əsgəri, 1990-cı il təvəllüdlü Fərhad Fərzəliyevdir.

O 2009-cu ildə Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdır.

Xəsarət alan əsgərlər Hosbitala götürülüb, vəziyyətləri sabitdir.

Məlumatı Daxili Qoşunların mətbuat xidməti verib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb.

Daxili Qoşunların şəxsi heyətini daşıyan maşın dünən Qaradağ rayonu ərazisində qarşıdan gələn “Ford” markalı marşrut avtobusu ilə toqquşub.

Günün bütün mövzuları

XS
SM
MD
LG