Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Siqaret və içki şimpanzeni reabilitasiya mərkəzinə saldı


Rusiyada bir zooparkdan şimpanze meymunu reabilitasiya mərkəzinə yerləşdirilib. Onun siqaret çəkmək və pivə içmək kimi zərəli vərdişlərdən əl çəkməsinə çalışacaqlar.

"Komsomolskaya Pravda" qəzeti yazır ki, Zora adlı bu şimpanze əslində əvvəllər sirkdə olub. Amma sonradan aqressiv olduğundan onu zooparka veriblər. Zooparkda isə alkoqola görə başağrısına çevrilib.

Hələ məlum deyil ki, o, siqaret çəkmək və pivə içmək kimi vərdişləri sirkdə, yoxsa, zooparkda öyrənib. Zoopark əməkdaşları meymunu Kazan şəhər reabilitasiya mərkəzinə göndəriblər.
XS
SM
MD
LG