Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:14

Daha 18 hərbçi saxlandı


Türkiyədə dövlət çevrilişinə cəhd ittihamı ilə başlanan istintaq çərçivəsində bu gün biri istefada olan daha 18 zabit həbs edilib. Həbslər ölkənin 13 əyalətində aparılıb.

Bununla da həftənin əvvəlindən bəri həbs olunan zabitlərin sayı 67 nəfərə çatıb.

Bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç kim qanunlardan yüksəkdə deyil və demokratik hakimiyyət əleyhinə çevriliş planları hazırlayanlar məhkəmə qarşısına çıxarılacaq.

Türkiyə prokurorluğu 2003-cü ildə orduda dövlət çevrilişi planlarının hazırlanmasına dair araşdırma aparır. Bu araşdırma Türkiyədə ordu ilə mülki hakimiyyət arasında gərginlik yaradıb.
XS
SM
MD
LG