Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Yeni Azərbaycan paytaxtları


Gəncə, Qazax və Şəki Azərbaycanın yeni paytaxtları elan olunub. Bunu, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib. Onun sözlərinə görə, nazirliyin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» Proqramına əsasən «Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010», «Qazax – Azərbaycanın Folklar Paytaxtı – 2010», «Şəki – Azərbaycanın Sənətkarlıq Paytaxtı – 2010» elan edilib.

Proqram çərçivəsində paytaxt elan edilən şəhərlərdə müxtəlif tədbirlər keçiriləcək. O cümlədən, bu şəhərlərin gerbləri əsasında loqopitlər hazırlanıb.

Nazir Əbülfəs Qarayev deyir ki, nominasiyalar üzrə paytaxtlar hər beş ildən bir seçiləcək.
XS
SM
MD
LG