Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 15:31

İsa peyğəmbərin əlində pivə və siqaret olan şəkli qalmaqal yaratdı


Məktəb dərsliyinə İsa peyğəmbərin əlində pivə şüşəsi və siqaret tutan şəklinin salınması Hindistanın əsasən xristianlar yaşayan Meqhalaya ştatında kəskin etirazlar doğurub. (DPA)

Ştatın hüquq-mühafizə orqanları dərslikləri müsadirə ediblər və paytaxt Dehlidə yerləşən “Skyline Publications” nəşriyyatına qarşı cinayət işi açıblar. Nəşriyyatın məhkəməyə verilməsi də istisna deyil.

Ştatin arxiyepiskopu Dominik Cala deyib ki, İsa peyğəmbərin “təhqiramiz şəkildə” təsviri onları şoka salıb.

“Biz nəşriyyatın dinlərə hörmətsizliyini pisləyirik”.

“Röyters” agentliyi isə xəbər verir ki, ştat hökuməti hadisədən sonra məktəblərdə küfr əleyhinə xüsusi qanun layihəsi hazırlamağa başlayıb.

İsa peyğəmbərin əlində pivə və siqaret olan şəkli dərslikdə “İ” hərfinə illüstrasiyadır.

Nəşriyyat Meqhalaya ştatının sakinlərindən üzr istəyib və bildirib ki, dərsliyin bütün nüsxələrini satışdan çıxarır.

Dərslik Pancab ştatında da xristianların hiddətinə səbəb olub və bununla bağlı etiraz aksiyaları keçirilib.

Ölkədəki xristian təşkilatları dərsliyin nəşrini pisləyiblər.

Həmçinin ƏDƏBİYYAT portalımızda oxu!
Nuridə Atəşidən atəşli şeirlər
Qiyməti 10 sent olan jurnal 1 milyon dollara satıldı
Deputat Yazıçlılar Birliyinin sədri olmaq istəməsi haqda deyilənləri təkzib edir

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG