Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Qarabağ əlilləri üçün yeni bina istifadəyə verilir


Fevralın 23-də Lökbatanda Qarabağ müharibəsi Əlilləri və şəhid ailələri üçün tikilən yaşayış binası istifadəyə verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan binanın açılış mərasimində prezident İlham Əliyevin də iştirakı nəzərdə tutulub.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Elnur Kələntərli məlumat verib.

Onun sözlərinə görə, 9 mərtəbəli 81 mənzildən ibarət binanın tikintisinə 2007-ci ilin sonlarında başlanılıb.

E. Kələntərli bildirdi ki, «Qaraçay» tikinti şirkəti tərəfindən tam müasir standartlara uyğun inşa olunan binanın 9 mənzili 3 otaqlı, 72 mənzilш isə iki otaqlıdır.

Nazirlik rəsmisi binanın tikintisinə ayrılan vəsait haqda dəqiq məlumatının olmadığını deyir.
XS
SM
MD
LG