Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:24

Yol polisinin maşını almasına dair suallar


Sual: Belə bir sualım var sizə hansı sürücülər yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün özünün idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarına təqdim etməlidir?

İkinci sualım belədir - hansı sürücülər yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün özünün idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının sərəncamına verməlidirlər? Bu iki sualın cavabını bilmək istəyərdim.

Cavab: Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin III-cü hissəsinə müvafiq olaraq sürücü avtomobili təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda. YPX əməkdaşlarına təqdim etməlidir.

***

Sual: Yol hərəkəti haqqında qanunda (517-IQ) deyilir ki, 3 saat ərzində avtomobilin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış DYP əməkdaşının yanında saxlanılır, belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış avtomobil onun sahibinə qaytarılır. Bu qanuna əsasən sücülük vəsiqəsi evdə unudulsa və DYP əməkdaşı tərəfindən saxlanılsa, avtomobil DYP əməkdaşının yanında qalmaq şərti ilə 3 saat ərzində sücülük vəsiqəsi təqdim edilsə, saxlanılmış avtomobil onun sahibinə yerindəcə qaytarılmalıdırmı?

Cavab: Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi 3 saat ərzində təqdim edilərsə, və ya pozuntuya görə inzibati tənbeh verildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

***

Sual: Salam. Bilmek isteyirem ki, avtomobilimde Müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnal qurasdirilibsa DYP emekdasi menim avtomobilimi cerime meydanina apara biler? Ya sadece 155.2.4. maddesi ile cerime edilmeliyem? Mumkunse hansi hallarda avtomobilin cerime meydanina aparilmasi barede melumat vererdiz. Evvelceden tesekkur edirem.

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 74-cü maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlarş

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin tələblərinə müvafiq olaraq bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.
Nəqliyat vasitəsinin hansı hallarda idarə olunmasından kənarlaşdırılması məsələləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406.1-cü maddəsində tanış ola bilərsiniz.
XS
SM
MD
LG