Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 16:19

Subasma nəticəsində 36 adam həlak olub


Avropada sonuncu subasma Albaniyada bu ilin əvvəlində baş verib
Portuqaliyanın Madeyra adasında güclü subasma nəticəsində 36 adam həlak olub, 70-ə yaxın adam isə xəsarət alıb. Bu haqda «İnterfaks» Agentliyi Portuqaliya radiostansiyasına istinadan xəbər verib.

Təxminən əlliyə yaxın zərərçəkmiş adadakı kazarmaya yerləşdirilib. Portuqaliya Ordusu kömək məqsədilə adanın sərhədinə xilasedicilər və iki vertolyot göndərib.

Bu arada isə portuqal metereoloqları havanın pisləşəcəyini və ölkənin kontinental hissəsində yağışların güclənəcəyini proqnozlaşdırırlar.

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG