Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

CƏRİMƏLƏR NƏ QƏDƏRDİR: bütün növ qayda pozuntularına görə cərimələrin miqdarı


Bir neçə il əvvəl Dövlət Yol Polisinin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib. Dövlət Yol Polisinin rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən həmin dəyişikliklərdən sonra yol hərəkəti qaydalarının pozulmasına görə cərimələein miqdarı aşağıdakı qaydadır:

(Şərti maliyyə vahidi 1.1 manatdır – red.)

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

İXM-nin maddə-ləri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

151.1.

Sürətin 10-30 km/saat həddində aşılması

15 manatdan 20 manatadək

-

Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi

Nəqliyyat vasitətəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi

Piyada keçidlərinin keçilməsi

Ara məsafəsi

Dayanma və durma

Yedəyə alma

Yük daşıma

İşıq cihazlarından düzgün istifadə edilməməsi

Səs siqnallarından düzgün istifadə edilməməsi

Təhlükəsizlik kəmərindən istifadə edilməməsi

Motodəbilqələrdən istifadə qaydalarının pozulması

Sürmə təlimi keçmə qaydalarının pozulması

Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə

151.2.

Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılması

20 manatdan 40 manatadək

3 bal

Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi

3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması

3.2 "Hərəkət qadağandır" yol nişanının tələbinin pozulması

Sərnişin daşıma qaydasının pozulması

ötmə qaydasının pozulması

ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin yanacaqdoldurma məntəqəsinə daxil olması

Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi

151.3.

Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması

40 manatdan 60 manatadək

4 bal

Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması

Qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntuların törədilməsi

Yol nəqliyyat hadisəsi yerindən yayınma

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bil il ərzində 10 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz mislindən yüz qırx mislinədək (110 manatdan 154 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə

40 manat

-

152.2.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə

60 manat

-

152.3.

Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

80 manatdan 100 manatadək

-

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz qırx mislindən yüz səksən mislinədək (154 manatdan 198 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152-1.1.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə

80 manatdan 100 manatadək

5 bal

152-1.2.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunan şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3 maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə

120 manatdan 150 manatadək

5 bal

152-1.3 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.

152-1.4 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - Nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək (187 manatdan 220 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152-2.1.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə

150 manatdan 250 manatadək

-

152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək (220 manatdan 330 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək (330 manatdan 440 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152-3.1.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə

Fiziki şəxslər 40 manatdan 60 manatadək

Vəzifəli şəxslər 150 manatdan 200 manatadək

Hüquqi şəxslər 1500 manatdan 2000 manatadək

-

152-3.2.

Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər 80 manatdan 100 manatadək

Vəzifəli şəxslər 250 manatdan 300 manatadək

Hüquqi şəxslər 2500 manatdan 3000 manatadək

-

152-3.3.

Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər 140 manatdan 180 manatadək

Vəzifəli şəxslər 400 manatdan 500 manatadək

Hüquqi şəxslər 4000 manatdan 5000 manatadək

-

Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152-4.1.

Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə

Fiziki şəxslər 80 manatdan 100 manatadək

Vəzifəli şəxslər 250 manatdan 300 manatadək

Hüquqi şəxslər 2500 manatdan 3000 manatadək

-

152-4.2.

Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər 150 manatdan 200 manatadək

Vəzifəli şəxslər 300 manatdan 400 manatadək

Hüquqi şəxslər 3000 manatdan 4000 manatadək

-

152-4.3.

Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər 200 manatdan 300 manatadək

Vəzifəli şəxslər 500 manatdan 600 manatadək

Hüquqi şəxslər 5000 manatdan 6000 manatadək

-

Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

152-5.1.

Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə

Fiziki şəxslər 150 manatdan 200 manatadək

Vəzifəli şəxslər 350 manatdan 400 manatadək

Hüquqi şəxslər 3500 manatdan 4000 manatadək

-

152-5.2.

Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər 200manatdan üç yüz manatadək

Vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək

Hüquqi şəxslər beş min manatdan altı min manatadək

-

152-5.3.

Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər 300 manatdan 400 manatadək

Vəzifəli şəxslər 700 manatdan 800 manatadək

Hüquqi şəxslər 7000 manatdan 8000 manatadək

-

153-cü maddə üzrə: 153.1-ci maddənin sanksiyasında "üç" sözü "on" sözü ilə əvəz edilsin;

Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.1.2. yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə;

153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə

* 11 manat miqdarında cərimə edilir.


153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə

* 6.6 manatdan 11 manata qədər cərimə edilir.


153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

153.3.4. sükanı tutmadan idarə edilməsinə;

153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;

153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə

* 22 manatdan 44 manata qədər cərimə edilir.


153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.4.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;

153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə

* 22 manatdan 44 manata qədər cərimə edilir


153.5-ci maddə üzrə: Maddənin dispozisiyasında "153.1-153.4.5-ci" sözləri 153.3-cü və 153.4-cü" sözləri ilə əvəz edilsin; Maddənin sanksiyasında "beş mislindən on mislinədək" sözləri " əlli mislindən yetmiş mislinədək" sözləri ilə əvəz edilsin;

153.5. Bu Məcəllənin 153.3-cü və 153.4-cü maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə

* 55 manatdan 77 manata qədər cərimə edilir


153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 88 manatdan 110 manatadək cərimə edilir;

Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

154.1.

Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi və etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəq-liyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdiril-məsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə

Fiziki şəxslər 15 manatdan 20 manatadək

Vəzifəli şəxslər 40 manatdan 70 manatadək

-

154.2.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə

165 manatdan 220 manata qədər cərimə edilir.

154.3.

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə

220 manatdan 275 manata qədər

154.4.

Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və itirilməsinə görə

30 manatdan 40 manatadək

-


Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

155.1.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni

10 manatdan 20 manatadək

-

155.1.1.

Nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və onun hərəkəti zamanı qapıları açmağa

155.1.2.

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə

155.1.3.

Nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışmağa

155.1.4.

Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə

155.1.5.

Su və ya palçığı yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən çıçradılmasına

155.1.6.

Nəqliyyat vasitəsinin təkərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtkü materiallarının, kimyəvi maddələrinin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə

155.1.7.

Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına

155.1.8.

Küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına

155.1.9.

Yol nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təqdim edilməməsinə

155.1.10.

Beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürləməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə

155.2.

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni

20 manatdan 30 manatadək

-

155.2.1.

Tormoz sistemi və sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və ya şüşə yuyanları və ya təkərləri və ya şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsirləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarına

155.2.2.

Normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə

155.2.3.

Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına və ya habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;

155.2.4.

Müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə, habelə ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə

155.3.

Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə

qırx manatdan altmış manatadək

4

155.4 "Bu Məcəllənin 155.1.1-155.1-6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək (44 manatdan 66 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə mədudlaşdırılır."

Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

156.

Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması

70 manat

5

Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

157.

Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə

5 manat

-

Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

158.1.

Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə

Xəbərdarlıq edilir və ya 15 manatdan 20 manatadək

-

158.2.

Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə

Vəzifəli şəxslər 40 manatdan 60 manatadək

Hüquqi şəxslər 100 manatdan 150 manatadək

-

158.3

Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə

100 manatdan 120 manatadək

-

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

159.

Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə

Fiziki şəxslər 70 manatdan 100 manatadək

Vəzifəli şəxslər 300 manatdan 500 manatadək

Hüquqi şəxslər 3000 manatdan 5000 manatadək

-

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

160.

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə

Vəzifəli şəxslər 40 manatdan 60 manatadək

Hüquqi şəxslər 100 manatdan 120 manatadək

-


Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

161.1.

Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə

Fiziki şəxslər 80 manatdan 100 manatadək

Vəzifəli şəxslər 400 manatdan 500 manatadək

Hüquqi şəxslər 4000 manatdan 5000 manatadək

-

161.2.

Müvafiq icazə olmadan və yol hərəkətini nizamlayan texniki vasitələrin svetoforların və yol nişanlarının quraşdırılmasına görə

Fiziki şəxslər 30 manatdan 50 manatadək

Vəzifəli şəxslər 150 manatdan 200 manatadək

Hüquqi şəxslər 1500 manatdan 2000 manatadək


Maddə 163. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

163.0.

Avtomobil yollarında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni

Fiziki şəxslər 30 manatdan 50 manatadək

Vəzifəli 150 manatdan 200 manatadək

Hüquqi şəxslər 1500 manatdan 2000 manatadək

-

163.0.1.

örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı və ya metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə

163.0.2.

Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılmasına

163.0.3.

Yolların hərəkət hissəsində yanacaq-sürtgü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub boşaldılmasına

163.0.4.

Yollardan qum və çınqıl çıxarılmasına

163.0.5.

Xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıldılmasına

163.0.6.

Mal-qaranın otarılmasına

163.0.7.

üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə

163.0.8.

Torpaqların şümlanmasına, yaşıllığın qırılmasına

163.0.9.

Kütləvi istirahət yerlərinin təşkil edilməsinə

163.0.10.

Kanalizasiya, sənaye və çirkli suların axıdılmasına

163.0.11.

Yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına

163.0.12.

Sərnişindaşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına

163.0.13.

Yük avtomobillərinin istehsalçı zavodun müəyyən etdiyi həddən artıq çəkidə yüklənməsinə görə

Maddə 164. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

164.0.

Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına yəni

Fiziki şəxslər 80 manatdan 100 manatadək

Vəzifəli şəxslər 400 manatdan 500 manatadək

Hüquqi şəxslər 3300 manatdan 4400 manata qədər

-

164.0.1.

Yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya prredmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

164.0.2.

Geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə

164.0.3.

Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına

164.0.4.

Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsişməsinə

164.0.5.

Təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına

164.0.6.

Dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə

164.0.7.

Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə

164.0.8.

Təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına

164.0.9.

Yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə

164.0.10.

Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

165.

Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə

Fiziki 40 manatdan 50 manatadək

Vəzifəli şəxslər 250 manatdan 300 manatadək

Hüquqi şəxslər 500 manatdan 600 manatadək

-

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

166.1.

Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə

3 manatdan 5 manatadək

-

166.2.

Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələrini təqdim etməməyə görə

10 manatdan 15 manatadək

-

166.3

Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə

Vəzifəli şəxslər 40 manatdan 50 manatadək

hüquqi şəxslər 150 manatdan 200 manatadək

Maddə 296-1. Avtoxuliqanlıq

Avtoxuliqanlıq - Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli hərəkətlərə görə -

- nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda (440 manatdan 660 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

Maddə 296-1.2.
Eyni hərəkətlərin il əzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda (660 manatdan 880 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ

- bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda, və ya nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;

406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.

406.1.6. Nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə nəqliyyat vasitəsi, müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları aradan qaldırmaq mümkün olmadıqda.

Maddə 412. İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar

412.1. Törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin iyirmi mislindən artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir.

412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, yaxud inzibati xəta törədilən yerdə inzibati cəriməni ödəməkdən imtina etdikdə inzibati xəta haqqında protokol tərtib edilir.

Maddə 414. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi

414.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

414.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir.

XS
SM
MD
LG