Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 06:17

Alman şirkətləri İranı tərk edir

Dünyanın ən böyük sığorta qrupu – «Münhen Re» İranı nüvə planlarına görə tərk edir. Şirkət bildirib ki, «siyasi vəziyyətlə» əlaqədar mövcud müqavilələri yeniləməməyə qərar veriblər.

Almaniyanın daha bir şirkəti – «Siemens» də ötən ay elan edib ki, 2010-cu ilin ortalarında İranda fəaliyyətini dayandıracaq.

Almaniya Tehranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparan 6 ölkədən biridir.
XS
SM
MD
LG