Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 18:17

Qız üstündə davaya görə 7 nəfər saxlanıb


Bakının Nizami rayonunda bir neçə məktəbin şagirdləri arasında qız üstündə kütləvi dava olub.

Hadisə fevralın 17-də olub. Bu barədə Azadlıqradiosuna Nizami rayon 25-ci polis bölməsindən məlumat verilib. Polis bölməsindən bildiriblər ki, hadisə axşam saatlarında məktəbdən kənarda baş verib. Davada bir neçə nəfər məktəbli xəsarət alıb. Xəstəxanaya yerləşdirilən şagird bu gün evə buraxılıb.

Davada iştirak edənlərdən 7 nəfər saxlanılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 132-ci (döymə) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG