Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Astaradan silah-sursat tapılıb


Astara şəhərinin dənizkənarı ərazisində silah-sursat tapılıb. Rayon polis şöbəsindən «Azadlıq» radiosuna bildiriblər ki, dəniz kənarında olan köhnə univermağın arxasında yerə basdırılmış 1 ədəd karabin tipli ov silahı, 2 ədəd F1 əl qumbarası,1 ədəd makarov tipli tapança üçün sandıq, 120 ədəd döyüş patronu aşkar edilərək götürülüb.

Silah –sursat ekspertizaya verilib. Ekspertizadan sonra onlardan istifadə edilib-edilməməsi qərarı veriləcək.

Silah-sursatın aşkar edildiyi yer sərhəd zonası hesab olunur. Həmin əraziyə sərhədçilər nəzarət edir.
XS
SM
MD
LG