Holland çalışdırıcı Türkiyə Futbol Federasiyası ilə müqavilə imzalayıb. Müqavilə bu il avqustun 1-dən qüvvəyə minir.
Müqavilə «2+2» sxemi ilə imzalanıb. Yəni, Avropa Çempionatının seçmə mərhələsinin nəticələrindən asılı olaraq razılaşma daha 2 illiyinə uzadıla bilər.
Qus Hiddink bundan əvvəl Rusiya futbol yığmasının çalışdırıcısı olub. Onun Rusiya Futbol Federasiyası ilə müqaviləsi bu ilin iyunun sonunda başa çatırdı. Holland çalışdırıcı müqaviləni imzalamaqdan imtina etmişdi.
Futbol üzrə Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsində Türkiyə yığması ilə bir qrupa düşüb.