Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:07

Putin Yunanıstana təsəlli verdi


Rusiyanın Baş naziri Vladimir Putin Yunanıstanı əmin edir ki, yeni qaz kəməri layihələri onun büdcə kəsirinin aradan qaldırılmasına kömək edəcək. Amma o, konkret maliyyə yardımı haqqında danışmayıb.

Yunanıstanın Baş naziri Geori Papandreou bu gün Moskvaya iki günlük səfərini başa vurub. O, söz verib ki, ölkəsindəki maliyyə problemləri Tusiyanın Cənub Axını qaz kəməri layihəsinin həyata keçirilməsinə heç bir təsir etməyəck.

2015-ci ildə tikilməsi planlaşdırılan bu kəmər Rusiyadan Qara Dənizin altı ilə Avropaya qaz çatdırmağı nəzərdə tutur. Bu layihədə Yunanıstan həm tranzit, həm də istehlakçı ölkə kimi nəzərdə tutulur.

Geori Papandreounun səfəri ərəfəsində sözhbət yayılmışdı ki, Yunanıstan Moskvadan maliyyə yardımı umur. Amma bu səfərin gedişində rəsmilər bu barədə heç bir məlumat verməyiblər.
XS
SM
MD
LG