Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

NATO qüvvələri talibançılara qarşı əməliyyatı davam etdirir


Artıq 3 gündür NATO qüvvələri və əfqan hərbçiləri Əfqanıstanın Hilmand əyalətində talibançılara qarşı əməliyyatı davam etdirir.

Yerli hakimiyyət nümayəndələrinin verdiyi məlumata görə, ötən gecə Mərca şəhərindəki döyüşlərdə 12 talbançı öldürülüb.

NATO isə 12 mülki şəxsin ölümü ilə nəticələnmiş raket zərbələrinə görə üzr istəyib.

NATO qüvvələrinin komandanı amerikalı general Stenli Makkristal təhqiqat başa çatana qədər həmin raketlərdən istifadə edilməyəcəyini bildirib. Əfqanıstan prezidenti Həmid Kərzai ölənlərin hamısının bir ailənin üzvləri olduğunu söyləyib.

XS
SM
MD
LG