Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

«İcra başçısı mağazaların sökülməsi üçün bizə təzyiq edir»


Balakəndə sahibkarlarla icra başçısı arasında insident
Balakəndə sahibkarlarla icra başçısı arasında insident
«Prezidentin saytına yazdığımız şikayətdən sonra rayon icra başçısı bizi tək-tək icra hakimiyyətinin binasına dəvət etdi. Biz etiraz etdik, bildirdik ki, problemimiz ümumidir, görüşə birlikdə gələcəyik, fevralın 8-də icra hakimiyyətinin binasına getdik, amma icra hakimiyyətinin başçısı Asif Məmmədovun göstərişi ilə polislər bizə zor tətbiq etdilər».

Bunu AzadlıqRadiosuna müsahibəsində Balakən rayonunda fəaliyyət göstərən sahibkar Hürü Qurbanova deyib. Onun sözlərinə görə, rayonun icra başçısı Asif Məmmədov Balakəndə 30-ə yaxın sahibkarın şəhərin mərkəzindəki mağazasının sökməsi üçün onlara təzyiq edir:

«İcra başçısı hətta bizi öz adından məhkəməyə verib, guya həmin obyektlər qanunsuz tikilib, halbuki, bizim əlimizdə «kupça» da var, lazım olan başqa sənədlər də. İcra başçısı deyir ki, obyektlər küçədə gediş-gəlişə mane olur. İddiada əsas kimi şifahi şikayətləri göstərib. Halbuki, şifahi şikayət iddia üçün hüquqi əsas deyil».

Balakən rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri Nurulla İbrahimov AzadlıqRadiosuna müsahibəsində sahibkarlara qarşı zor tətbiq edilməsi barədə məlumatı təkzib edib. Obyektlərin sökülməsinə gəlincə, İbrahimov deyib ki, həmin obyektlər qanunsuz tikilib:

«Gəlin məhkəmənin cavabını gözləyək, həqiqəti məhkəmə deyəcək».
XS
SM
MD
LG