Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Azərbaycan-Ermənistan ifaçıları bir yerdə olacaq


«Eurovision 2010» mahnı müsabiqəsində Azərbaycan və Ermənistan ifaçıları eyni yarımqrupda iştirak edəcək.

Azərbaycanla yanaşı mayın 27-də ikinci yarımfinalda Litva, İsveçrə, Gürcüstan, Türkiyə, İrlandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland, Bolqarıstan, Xorvatiya, Danimarka, Kipr, Rumıniya, İsrail və Ermənistan mübarizə aparacaq.

Mayın 25-də keçiriləcək birinci yarımfinalda isə Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, İslandiya, Malta, Bosniya və Hersoqovina, Moldova, Portuqaliya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Makedoniya və Estoniyanın çıxışı olacaq.

Mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququnu Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və builki yarışmaya ev sahibliyi edəcək Norveç qazanıb.
XS
SM
MD
LG