Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:45

Ötən əsrin elektrik xətləri


Qırılan xətlər ötən əsrin 80-ci illərindən qalıb
Qırılan xətlər ötən əsrin 80-ci illərindən qalıb
«Bəs deyirdilər ki, qışa hazırıq? Cəfəng söhbətlərdi. Qar yağan kimi yollar bağlanır, elektrik xətləri tez-tez qırılır. Dörd gün işıqsız qaldıq. 5-də qar başladı, işıq söndü».

Bakının Sulutəpə qəsəbəsində yaşayan Mehman Kərimov deyir, hələ paytaxtın bu qədər müddətə elektriksiz qaldığını nə görüb, nə eşidib. Danışır ki, hətta ən çovğunlu havalarda belə işıq sönsə də, elektrik xətti elə tez bərpa olunub ki, şikayətlənməyə ehtiyac qalmayıb.

ÖTƏN ƏSRDƏN QALMA ELEKTRİK XƏTLƏRİ

«Sumqayıtelektrikşəbəkə»nin adının açıqlanmasını istəməyən bir əməkdaşı isə AzadlıqRadiosuna bildirib ki, yarımstansiyaların əksəriyyəti ötən əsrin 80-ci illərindən qalmadır, xətlər köhnədir, küləyin sürəti bir az artan kimi sıradan çıxır, onlar da köhnə xətləri yenidən bağlamağa məcburdurlar.

ENERJİYƏ MİLYARDLARLA MANAT XƏRCLƏNİB

Bəzi iqtisadçılar isə hesab eləyirlər ki, son on ildə enerji sahəsinə həm dövlət büdcəsindən ayrılan vəsaitlər, həm də dövlət zəmanətiylə alınan kreditlər sayəsində nəinki Bakı və ya Sumqayıtda, heç ölkəni elektriklə təmin edən yarımstansiyalarda köhnə xətlərdən, köhnə avadanlıqdan əsər-əlamət qalmamalı idi. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, son illərdə enerji sahəsinə 3 milyard manata qədər investisiya yatırılıb:

Rövşən Ağayev
«Bu, çox böyük puldur. Amma nəticə ondan ibarətdir ki, biz qoyulan vəsaitlə əldə olunan keyfiyyət arasında əlaqənin itdiyini görürük. Nə qədər sürətlə vəsait qoyulursa, o qədər sürətlə də enerji təminatı zəifləyir».

«Bakıelektrikşəbəbəkə»nin baş mühəndisinin müavini Zakir Quliyev mətbuata bildirib ki, Bakının enerji tələbatı 1700 meqavatdır. Ölkə prezidenti İlham Əliyev isə öz çıxışlarının birində Azərbaycanın enerji potensialının 4 min 300 meqavatdan 6 min 400 meqavata çatdığını söyləyib.

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyir ki, statistikaya görə, istehsal olunan enerjinin 50 faizi Bakıda, 50 faizi bölgələrdə işlədilr:

«Deməli, belə çıxır ki, ölkə əhalisinin maksimum rejimdə 3,4 min meqavat elektrikə ehtiyacı var. Yəni dövlət başçısına verilən məlumatdan iki dəfə az. Bəs onda niyə enerji verilməsində problemlər yaşanır?»

ŞƏFFAFLIQ OLSAYDI...

"Bakıelektirikşəbəkə" ASC-nin baş mühəndisinin müavini Zakir Quliyev bildirir ki, kəskin hava şəraiti ilə əlaqədar Bakıya elektrik enerjisini ötürən 3 yüksəkgərginlikli xətdən 2-si sıradan çıxdığından paytaxt bir neçə gün işıqsız qalmışdı.

Amma bəzi ekspertlər problemin kökünün daha dərində olduğu qənaətindədilər. İqtisadçı Rövşən Ağayevin fikrincə, enerji istehsalı və paylayıcı şəbəkələr bir qurumun nəzarətinə verildiyindən və bu qurum ictimaiyyətə qapalı olduğundan bir çox ölkələrin adi qış həyatı olan hava şəraiti ölkədə müşahidə edilən kimi böhran yaranır:

«Burda şəffaflıq yoxdur. Şəffaflıq olmayan yerdə də problemlər heç vaxt ictimailəşmir. İctimailəşməyən problemlər isə həll olunmur. 2002-ci ildə düzgün xətt seçilmişdi,
İlham Şaban
paylayıcı şəbəkə başqa quruma verilmişdi. Məsuliyyət bölünmüşdü. Qarşılıqlıq nəzarət sistemi olmayan bir vəziyyətdə bu problemlər çətin aradan qalxa».

GÜNAHKAR QASIRĞADIR


Ekspert İlham Şabana görə isə tələbatdan xeyli artıq enerji istehsalına investisiya qoymaqdansa, yəni yeni-yeni yarımstansiyalar, istilik stansiyaları tikməkdənsə, mövcud infrastukturun keyfiyyətli və fasiləsiz enerji istehsalına çalışmaq lazımdır.

Azərenerjinin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev isə bu ittihamlarla razılaşmır, onun sözlərinə görə, günahkar yalnız qasırğadır, amma qırılan xətlər də ötən əsrin 80-ci illərindən qalıb, onların dəyişdirilməsi də plana salınıb.
XS
SM
MD
LG