Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:10

«Axı bizim ölkənin hər şeyi var, niyə belə olmalıdır?»


Avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb
Avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb
«İki saat 52-ni gözləmişəm, gələndə yollarda avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb. Gecədən iş başlanmalı idi, şəhər iflic vəziyyətinə düşüb. Belə olmalı deyil axı, bizim ölkənin hər şeyi var, niyə belə olmalıdır».

Vaqif Hümbətov səhər tezdən çətinliklə də olsa, şəhərin mərkəzinə işə gəlib, amma dediyinə görə, indi avtobus tapmır ki, 3-cü mikrorayona geri evə dönsün.

«Şəhərin mərkəzinə şükür, çıxın yuxarılara şəhər iflic vəziyyətindədir, heç tərpənmək mümkün deyil».

Paytaxt sakinləri vəziyyətin bu həddə olmasında daha çox şəhər təsərrüfatına cavabdeh olanları günahkar sayırlar.

DAYANMADAN İŞ APARILIR?

Adamlar deyirlər ki, hava proqnozu, qar yağacağı ilə bağlı məlumat bir neçə gün əvvəldən məlum olsa da, Bakı Şəhər İcra Hakimiyyəti yolların qardan təmizlənməsinə yaxşı hazırlaşmayıb.

Amma Bakı Şəhər İcra hakimiyyətində yolların qardan gec təmizlənməsi və işin yarıtmazlığı ilə bağlı deyilən fikirlərlə razılaşmırlar. Şəhər icra hakimiyyəti başçısının köməkçisi Namiq Məmmədovun sözlərinə görə, yolların qardan təmizlənməsinə 150-dən artıq texnika cəlb olub və dayanmadan iş aparılır:

«Onlar həm Bakı Şəhər İcra Hakimiyyətinin texnikasıdır, həm Fövqəladə Hallar Nazirliyinin, həm də «Yolservis» şirkətinin. Onlar hamısı şəhər icra hakimiyyətinin rəhbərliyi altında işləyir».

Qaldı ki yolların təmizlənməsinə gec başlanılmasıyla bağlı sürücülərin, sərnişinlərin narazılığına Namiq Məmmədov deyir ki, bütün texnika bir gün əvvəl hazır olsa da, yer qarla örtüləndən sonra işə başlayıblar:

«Qar dörddən sonra yağıb, yer ağarmamış necə təmizləmək olardı. Birdən-birə küləklə, çovqunla yağdı, tezdən də başlanılıb işə, hazırda iş gedir və bu səhərə qədər də davam edəcək».

Bakı Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitin yetərli olub-olmadığına gəlincə, Namiq Məmmədov maliyyə məsələlərindən xəbərsiz olduğunu deyir.

2010-cu ilin dövlət büdcəsində Bakı şəhər icra hakimiyyətinə 117 milyon manat vəsait ayrılıb.

İŞLƏR NƏ ÜÇÜN GEC BAŞLAYIB?

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, Azərbaycan büdcəsinə görə, gəlirləri 3 milyard 600 milyon manat olan paytaxtın özünə büdcədən ayrılan vəsait çox azdır.

Dörd maşınla paytaxtdakı bütün körpülərini təmizlədiklərini deyən «Azəryol Servic» şirkətinin əməkdaşları işə gec başlamalarını şəhərdaxili nəqliyyatın tezdən işləməməsilə əlaqələndirilər. Deyirlər avtobuslar işləmədiyi üçün işə gecikiblər:

«- Dörd maşınla bütün körpüləri təmizləmək mümkündürmü?
- Hə çatdırırıq».

İstifadəyə verilən zaman əksər körpülərdə qızdırıcı sistemin quraşdırıldığı bildirilsə də, şirkət əməkdaşları körpülərdə belə bir sistemin işləmədiyini deyirlər.

Sinoptiklər Bakıda qarlı hava şəraitinin hələ iki gün də davam edəcəyinin bildirilər.

XS
SM
MD
LG