Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Böhtanla bağlı qanunlardan medianı susdurmaq üçün istifadə edilir


ATƏT Qazaxıstanda və Tacikistanda böhtanla bağlı qanunların yanlış yozulması və sui-istifadəsini tənqid edir. ATƏT-in Media azadlığı üzrə xüsusi təmsilçisi Mikloş Haraştinin yaydığı bəyənatda belə deyilir.

Bəyanatda bildirilir ki, bu qanunların məmurların istədiyi kimi şərh olunması və istifadəsi həmn ölkələrdə müstəqilliyini saxlayan tək-tük media orqanlarına təzyiqdən başqa bir şey deyil.

Ötən həftə Qazaxıstanda məhkəmənin qərarıyla prezident Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev haqda korrupsiya ididalarını dərc edən 5 qəzet satışdan yığışdırılmışdı.

Tacikistanda isə, ədliyyə sistemində korrupsiya olduğunu iddia edən 3 qəzeti müxtəlif məhkəmələrdə cəzalandırımışdılar.
XS
SM
MD
LG