Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:08

Həmməruzəçilər Gəncə İstintaq Təcridxanasında olacaqlar


Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Coy Debano Qrex fevralın 8-də Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əziziovla görüşüb. Görüşdən sonra Herkel deyib ki, bu qədim və tarixi bir şəhərə səfər etmək öz seçimləri olub:

«Sabah QHT, vətəndaş cəmiyyəti üzvləri və müxalifət üzvləri və digər tərəflərlə görüşümüz olacaq. Bəlkə sonra daha çox Gəncədə gördüklərimiz barədə danışmaq mümükün olacaq. Ümumi nəticələri isə səfərin son günündə keçirəcəyimiz mətbuat konfransında açıqlayacayıq».

Həmməruzəçilər hazırda şəhər prokurorluğundadırlar. Günün sonunadək polis idarəsi və istintaq təcridxanasına gedəcəklər.

Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri necə yerinə yetirilməsi ilə bağlı hesabat barədə Herkel bunları dedi:

«Hesabatın iyun ayında hazırlanması gözlənilir. Hər halda Parlament Assamleyasının iyunda keçiriləcək sessiyasına təqdim olunacaq. Tam həcmli hesabat olacaq hansısa bir sahəni əhatə etməyəcək. Yəni, ölkənin ümumi inkişafı, problemlər və s. Şəxsən mənim fikrimi öyrənsəz, kütləvi informasiya vasitələrinin azadlığı ilə əlaqədar müəyyən problemlər olmasıdır».
XS
SM
MD
LG