Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Avropa Şurası Azərbaycanda bələdiyyə seçkisinə dair hesabat hazırlayıb


Martın 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda 2009-cu ilin dekabrında keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı hazırladığı hesabatı təqdim edəcək.

Hesabatın qaralamasını Konqresin fevralın 5-də keçirilmiş iclasında müzakirə ediblər.

Konqresin internet saytında yerləşdirilmiş məlumata görə, müzakirələrə Avropa Şurasının baş katibi Thorbjorn Jagland, Parlament Assambleyasının prezidenti Mevlüt Çavuşoğlu da dəvət olunub.

Azərbaycanla bağlı bu hesabat Konqresin martın 17-dən 19-a kimi Strasburqda keçiriləcək 18-ci sessiyasında təqdim olunacaq.

Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda bələdiyyə seçkilərini izləyən müşahidə missiyası seçki vaxtı müxalifət partiyaları ilə görüşməmişdi.

Müxalifət bildirmişdi ki, missiya onları yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib, onlar da bunu özlərinə hörmətsizlik kimi qəbul edirlər. Avropa Şurasının Bakı ofisi müxalifəti yenidən görüşə dəvət edən bəyanat yaysa da, Müsavat Partiyası Avropa Şurasının Bakı ofisininin müxalifətə üzrxahlıq istəməsini tələb etmişdi, Bakı ofisi isə bu çağırışa reaksiya verməmişdi.
XS
SM
MD
LG