Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 11:55

Azərbaycanın da "Sıfır manat"ını hazırlayıblar


Azərbaycanda hind anti-korrupsiyaçıların təcrübəsi tətbiq edilsə, gərək "0 MANAT" (sıfır dəyərli kağız pul) da buraxıla…

Hindistanda rüşvətlə mübarizə aparan qeyri-hökumət təşkilatları bu ölkənin pulu olan 50 rupuluyin surətini çap ediblər. amma pulun üstündə "50 rupi"
Hindistanın "0 rupi"si
əvəzinə "0 rupi" yazıblar. Pulun üstündə daha vacib olan başqa bir qedy də var: "Söz verirəm ki, nə rüşvət alacam, nə də verəcəm".

"5-ci Pillar" adlanan qeyri-hökumət təşkilatı son iki ildə yarım milyon ədəd belə pul çap etdiyini və onların ölkədə əldə-ələ gəzdiyini deyir.

Təşkilatın fəalları dünyanın əksər ölkələrinin valyutalarından, o cümlədən Azərbaycan manatından da "Sıfır dəyərli" pullar hazırlayıblar. Amma görünür, onların əllərinə Azərbaycanın 1993-cü ildə dövriyyəyə buraxılmış 50 manatlıq əskinasları düşüb.

Həmin 50 manatlıq əskinasları elə çap olunandan bir-iki sonra inflyasiya yeyib sıfra çevirmişdi. Faktiki işləyə işlədilə bilmirdi deyə, yəqin ki, şəkli də Azərbaycanda çoxları unudub. 2006-cı ilin yanvarında denominasiya edilmiş yeni Azərbaycan manatı – AZN dövriyyəyə buraxılanda isə rəsmən sıradan çıxdı.
"5-ci Pillar" təşkilatının saytında verilmiş Azərbaycan haqqında məlumat

Amma hər necə də olsa, "5-ci Pillar" Azərbaycanın da "Sıfır dəyərli" pulunu hazırlayaraq öz saytında bu ölkəni də dünyaya tanıdır. Qeyd edir ki, "Transparency İnternational" Beynəlxalq Şəffaflıq Təşkilatının 2007-ci ilə aid sıralamasında korrupsiyaya görə Azərbaycan 150-ci, bir il sonra isə daha geri, 158-ci yerdə olub.

Amma «Transparency İnternational» keçən ilə aid siyahısında Azərbaycanı bir qədər irəli çəkərək 180 ölkə arasında 143-cü yerdə göstərib.

Hindisatnın özü isə «Transparency İnternational»ın siyahısında korrupsiyaya görə 2009-cu ildə Azərbaycandan az qala iki dəfə yaxşı yerdə - 84-cü sırada olub.
XS
SM
MD
LG