Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:01

Kərbəlada növbəti partlayış olub, 30 nəfərə yaxın adam həlak olub


Bu gün İraqın Kərbəla şəhərində iki partlayış olub. 20 nəfər həlak olub, 75 nəfər yaralanıb. Röyterin məlumatına görə, partlayış bomba qoyulmuş maşınla törədilib.

Bu gün İmam Hüseynin qırx mərasimiylə bağlı Kərbəlada əsas ayin həyata keçirilir.

Müxtəlif yerlərdən, əsasən də qonşu İrandan yüz minlərlə şiə müsəlmanı İmam Hüseynin məzarını ziyarət etmək üçün Kərbəlaya gəlib.

Bu partlayışdan əvvəl son bir həftə ərzində sunni müsəlmanlar tərəfindən törədildiyi güman olunan partlayışlar nəticəsində Kərbəlada 60-dan çox zəvvar həlak olmuşdu.

XS
SM
MD
LG