Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 06:40

Qarlı hava bloqqerlərin məhkəməsini təxirə saldı


Bakıda güclü qar yağdığına görə bloqqerləri təcridxanadan gətirmək mümkün olmayıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqerlər – Emin Milliylə Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi olmalıydı. Ancaq Bakıda güclü qar yağdığına görə onları saxlandıqları Bakı İstintaq Təcridxanasından gətirmək mümkün olmayıb

Xəbəri bloqqerlərin vəkili İsaxan Aşurov verib.

Proses fevralın 12-də davam edəcək.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqqerlər keçən il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Vəkillər bu hökmdən apelyasiya şikayəti veriblər.

Bloqqerlərin işinə ilkin baxış keçirilərkən vəkillər həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, bunun qarşılığında hər biri üçün 5 min manat girov qoyulmasını istəsələr də, hakim vəsatəti qəbul etməyib.

Gənc fəallar ittihamları qəbul etmirlər, həbslərinin sifarişli olduğunu deyirlər.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG