Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:51

Bolqarıstan Nabucco sazişini ratifikasiya edib


Bolqarıstan parlamenti Nabucco layihəsi ilə bağlı Türkiyə, Bolqarıstan, Rumınya, Macarıstan və Avstriya arasında imzalanmış sazişi ratifikasiya edib.

Bu saziş ötən ilin iyulunda imzalanıb.

Beləliklə Bolqarıstan Macarıstandan sonra bu sazişi ratifikasiya edən ikinci tranzit ölkə oldu.

Macarıstan parlamenti bu sazişi hələ ötən ilin oktyabrında ratifikasiya edib.

Layihənin dəyəri 11.8 milyard dollardır.

Nabucco kəməri ilə Xəzər hövzəsi və Orta Asiya qazının Avropa bazarına çıxarılması nəzərdə tutulur.

Əsas məqsəd isə Avropanın qaza görə Rusiyadan asılılığını azaltmaqdır.
XS
SM
MD
LG