Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:26

"Avrovijn" müsabiqəsinin milli seçim turunun finalçıları məlum oldu


Azərbaycanda "Avrovijn" mahnı müsabiqəsinin milli seçim turunun finalçıları məlum oldu.

Yarımfinalın nəticələrinə görə, bunlar "Milk and Kisses" qrupu, Səfurə Əlizadə və Məryəm Şabanovadır.

Azərbaycanı müsabiqədə kimin təmsil edəcəyi isə bu ayın axırı - fevralın 25-dən sonra keçiriləcək finalda bəlli olacaq.

Yarımfinaldan sonra keçirilən mətbuat konfransında İctimai TV-nin rəhbəri İsmayıl Ömərov deyib ki, onlar artıq "Avrovijn" üçün mahnı yazılmasını sifariş ediblər.

Əvvəlki iki ildə Azərbaycanı yarışmada duet təmsil edib. İ.Ömərov çox güman ki bu il müsabiqəyə bir nəfərin göndəriləcəyini bildirib.
XS
SM
MD
LG