Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Orhan Pamuk aşiq olub?


Nobel ödüllü türk yazarı Orhan Pamuk öz kitabının təbliği üçün axır 1 ildə 2-ci dəfə Hindistana gəlib.

Amma bunu onun hind yazarı Kiran Desai ilə eşq macərası yaşaması ilə bağlayanlar da var.

Hind mətbuatı yazır ki, Pamuk ötən həftənin sonu Mumbayda oxucuları ilə görüşü zamanı etiraf edib ki, “Bu sirr deyil ki, Kiran mənim qız arkadaşımdır (hind mətbuatı “girl friend” yazır – red.). Gəlin bu mövzuya nöqtə qoyaq və müzakirəmizə başlayaq”.

Pamuk Desai ilə münasibətləri haqda əlavə sualları önləmək üçün onu da bildirib ki, “O çox ağıllı və gözəl insandır və görkəmli yazıçıdır. Hindistan onunla fəxr etməlidir”.

Pamukdan 19 yaş kiçik olan 38 yaşlı Kiran Desai türk yazarın Hindistanın Qoa ştatında yeni roman yazmasına kömək edəcək.
Kiran Desai

Keçən ilin axırı çap olunan “Məsumiyyət muzeyi” romanı ilə bağlı sualları cavablandıran Pamuk əsərinə “türk eşq romanı” deyilməsini “nifrətlə qarşıladığını” bildirib:

“Marsel Prust sevgidən yazanda hamı bunu bəşəri bir məhəbbət kimi qəbul edir, amma mən eşqdən yazanda onlar bunu “türk məhəbbəti” adlandırırlar”.

Pamukun son romanı olan “Məsumiyyət muzeyi” əhalisi 1 milyard nəfər olan Hindistanda bestsellerdir.

Ilk nigahından Pamukun Röya adlı bir qızı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG