Birləşmiş Ştatlar həftəsonu Moskvada hökumət əleyhinə keçirilmiş aksiyada 100-ə qədər etirazçının həbsi ilə bağlı narahatlığını bildirib. Dövlət Departamenti hakimiyyət orqanlarının reaksiyasını söz və toplaşma azadlığına zərbə kimi qiymətləndirib. Bundan əvvəl Avropa İttifaqı da Rusiya hakimiyyətini etirazçılarla zorakı rəftara son qoymağa çağırmışdı.
Saxlanılanlar arasında ötən il Avropa Parlamentinin “Saxarov” mükafatı verdiyi Oleq Arlov da olub.