Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Novxanıda M.Ə.Rəsulzadənin xatirəsi anılıb


Bu gün Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Bu münasibətlə bu gün Rəsulzadənin doğma kəndi Novxanıda anım mərasimi keçirilib.

Müxalifət partiyalarının da qatıldığı mərasimdə Rəsulzadənin həyat yolu və onun dövlətçilik üçün gördüyü işlərdən danışılıb.

Böyük dövlət xadimi 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. Rəsulzadə “Əsri” qəbristanlığında dəfn edilib.

71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyib.
XS
SM
MD
LG