Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Pamuk təzyiqlərə görə siyasi yox, eşq romanını yazdığını təkzib edir


Nobel mükafatlı türk yazıçısı Orhan Pamuk təzyiqlərdən qorxub siyasi yox, eşq romanı yazdığı haqda deyilənləri təkzib edib.

BBC-nin “Hard talk” verilişinin aparıcısı Stefan Sakurun qonağı olan Pamuk deyib ki, son romanı olan “Məsumiyyət muzeyi”nin hazırlıqlarına hələ 11 il əvvəl başlayıb, İstanbulda yaratmaq istədiyi “Məsumiyyət muzeyi” üçün binanı da 11 il qabaq satın alıb.

Aparıcı Pamukdan onun Türkiyədə qütbləşməyə səbəb olan bir adam olub-olmadığını da soruşub.

Yazıçının cavabı belə olub. “Qütbləşməyə səbəb olan bir adam olmaq istəmirəm.

Mənim indiki vəziyyətim daha çox milliyyətçi sağ qanadın Avropa Birliyi müzakirələrini əngəlləmək üçün əleyhimə apardığı kampaniyanın nəticəsidir.

Yoxsa mən roman yazan təvazökar bir adamam.

Media məni qütbləşmə yaradan, yad bir adam kimi göstərdi. Amma mənim də heysiyyatım var və öz baxışlarımı müdafiə etdim. Və bu da bəzən problemlərə yol açdı”.

“Türkiyə Avropa Birliyinin standartlarına uyğundurmu” sualının cavabında Pamuk “Uyğun olacağına inanıram.

Bu həm Türkiyə, həm də Avropa xalqları üçün yaxşı olacaq.

Çünki birlikdə barış içində yaşamağı öyrənərik” deyib.

Həmçinin bax

Pamukun İstanbulda tikdirdiyi muzey də mübahisə yaratdı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG