Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Naxçıvanda molla 2 həmkarını qətlə yetirib


Yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının Şərur şəhərindəki məsciddə iki dini xadim qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisəyə səbəb məsciddə keçirilən yığıncaqda Qarxun kənd məscidinin mollası Qasım Məmiyevə müvafiq vəsiqənin verilməməsi olub.

Münaqişə zamanı Qasım Məmiyev bıçaqla Şərur rayonunun axundu Hacı Əkbəri və Siyaqut kəndinin mollası Qəzənfər Quliyevi bıçaqlayıb.

Onlar xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.

Qasım Məmiyev həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG