Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 08:33

Həmas İsraili ittiham edir


Həmas İsrailin xüsusi xidmət orqanlarını təşkilatın əsas simalarından olan Mahmud əl-Mabuxun ölümündə günahlandırıb. O yanvarın 20-də Dubayda öldürülüb. Onun ölümünün detalları haqqında isə Həmas heç bir məlumat vermir.

 

İsrail rəhbərliyi bu ittihama hələlik cavab verməyib. Fələstin muxtariyyəti rəhbərliyi də xəbəri şərh etməyib. 

XS
SM
MD
LG