Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:57

İran son edamlara görə tənqid olunur


Amnesty İnternational, ABŞ və Britaniya hökumətləri İrandakı etiraz aksiyaları zamanı həbs olunmuş 2 şəxsin edam edilməsini kəskin tənqid ediblər. Həmin şəxslər Allahın düşməni olmaqda, İranda şah rejimini bərpa etməyə çalışan silahlı qrupun üzvü olmaqda və İslam rejimini devirməyə cəhd etməkdə təqsirli biliniblər.

Britaniyanın xarici işlər naziri Devid Milibənd son edamlardan dəhşətə gəldiyini söyləyib. Ağ Evin sözçüsü Bil Börtn isə deyib ki, “siyasi məhbusların qətlə yetirilməsi” İran hökumətinin təcridini daha da sürətləndirəcək.

XS
SM
MD
LG