«Keçən yanvardan sanki bir filmə baxırıq, burda səslə görüntü sinxron deyil». «Washington Post» qəzeti belə yazır.
Yanvarın 27-də ölkənin vəziyyəti haqda ilk çıxışında Barak Obama nə deyəcək? Onun dedikləri ilə edə bildikləri arasında yaranan fərq artıq müzakirə mövzusudur.
Obamanın ölkənin vəziyyəti haqda çıxışı ərəfəsində Ağ Ev rəsmisi deyib ki, prezident «iş yerlərinin yaradılmasından, büdcə kəsirindən, Vaşinqtonu dəyişməkdən, orta sinfin problemləri uğrunda mübarizədən» danışacaq.
Ancaq «Waşinqton Post» yazır ki, məsələ sözdə və ya mövzuda deyil. Obamanın bir il əvvəlki problemlərə geniş baxışları, birləşdirici sözləri işlə təmin olunmadı. Demək olmaz ki, Obama iflasa uğradı, ancaq həmişə optimist olan Amerika xalqını qane etmədi.
OBAMANIN QARŞISINDA DURAN ƏSAS SUALLAR
«Washington Post» Obama qarşısında duran əsas sualları belə görür: Obama daha çox partiya lideri olmalıdır yoxsa prezident? O daha çox mübariz olmalıdır yoxsa barışdırıcı?
Kiminlə danışmağımızdan asılı olaraq bu suallara diametral əks cavablar verilir. Ona görə qəzetin fikrincə, Obamanın əsas problemi odur ki:
1. Onu xalqa liderlikdən çox, partiya maraqlarına oynamaqda qınayırlar;
2. Obama vuruşmaqdan çox, barışmaq yolunu tutur.
Ancaq yəqin bunu Obamanın özü də anlayır. Son vaxtlar o, öz çıxışlarında «mübarizə» sözünü tez-tez işlətməyə başlayıb.
O iki gün qabaq deyib: «Biz Amerika arzusunu dirçəltmək uğrunda mübarizəmizi davam etdiririk. Biz Co Baydenlə orta sinfin marağında olan məsələlər uğrunda vuruşuruq».
Hətta sayıblar ki, 7 dəqiqəlik çıxışında Obama 4 dəfə «mübarizə», «vuruşmaq» sözlərini işlədib.
İMİCƏ YANLIŞ KORREKTƏ
Keçən həftə Ohayodakı çıxışında isə Obama «mübarizə» və «vuruşmaq» ifadələrini 20 dəfə işlədib: «Biz iş yerlərini geri qaytarmaq uğrunda mübarizəni dayandırmırıq», «biz hökumətin açıq olması uğrunda vuruşuruq».
Ancaq qəzet yazır ki, bu, imicə yanlış korrektədir.
Amerika xalqı bir il əvvəl seçəndə mübarizi seçməyib. O əməkdaşlığın, birliyin ruhunu dirçəltməyə söz verən geniş baxışlı siyasətçini seçib. Ona görə Obamanın indi ilk vəzifəsi özünə o böyük inamı geri qaytarmaqdır. Bu yolda onun öz xarakterinə sadiqliyi fundamental əhəmiyyətlidir.
Amerika xalqı mübarizi uzaqdan tanıyır. Əgər Obama simasını dəyişmək istəsə, özünü mübariz kimi göstərməyə başlasa, uduzacaq.