Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:03

Şaxtalı havada xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib


Bakıda yolların buz bağlaması nəticəsində 32 nəfər təcili yardıma müraciət edib. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından Rauf Nağıyevin AzadlıqRadiosuna bildirdiyinə görə, xəsarət alanlardan 28 nəfər hazırda xəstəxanaya yerləşdirilib.

Onlar əsasən yuxarı-aşağı ətrafların travması ilə müraciət ediblər.

Dünəndən paytaxtda hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimi ilə işləyir.

Şaxtalı hava yanvarın 28-nə kimi davam edəcək.
XS
SM
MD
LG