Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:56

Bakı yenidən iflic oldu


Yanvarın 25-i axşamdan Bakıya qar yağmağa başlayıb. Şəhərdə çovğundur. Bu cür hava şəraitinin yanvarın 28-dək davam edəcəyi gözlənilir.

Sinoptiklər havanın bu gecə nisbətən mülayimləşəcəyini, lakin yağıntının davam edəcəyini ehtimal edir.

Bakıda və Abşeron yarımadasında temperatur mənfi 2-6 dərəcəyə düşüb.

Yollar buz bağladığından paytaxtda avtomobillərin hərəkəti çətinləşib. AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, hətta mərkəzi yollarda belə qəza vəziyyəti yaranır, marşrut avtobusları vaxtında işləmirlər.

Yasamal, Binəqədi və bir sıra rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Azərbaycanın rayonlarına da qar yağıb.


XS
SM
MD
LG