Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Tələbələr rüşvətxorluq əleyhinə mitinq keçiriblər


Bu gün Sankt-Peterburqda onlarla tələbə kəskin şaxtaya baxmayaraq universitetlərdə rüşvət əleyhinə etiraz aksiyası keçiriblər.

Aksiyanın təşkilatçılarından olan Artyom Murzakov bildirib ki, onlar bu aksiya ilə cəmiyyətin diqqətini təhsil sistemində geniş yayılan rüşvətxorluğa çəkməyə çalışırlar. O, həm də hakim Vahid Rusiya partiyasının gənclər qrupunun təmsilçisidir.

Aksiya iştirakçıları “Mən korrupsiyaya qarşıyam!”, “Mən yaxşı tələbəyəm!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları deyiblər ki, bəzilərinin diploma oxumaqla deyil, pulla alması onların diplomlarının və təhsilinin də nüfuzunu aşağı salır.
XS
SM
MD
LG