Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Kərzayi Talibanla barışıq planını ABŞ və Avropanın da dəstəklədiyini deyir


Əfqanıstan prezidenti Həmid Karzai bu gün bildirib ki, onun hökumətinin Talibanla barışıq cəhdlərini müttəfiqləri olan ABŞ və Avropa da müdafiə edir.
Kərzai bu barədə İstanbulda Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

2007-ci ildən bu yana Türkiyənin himayəsi altında Əfqanıstanla Pakistan arasında islamçı ekstremizm və qarşılıqlı əlaqələrin gücləndirilməsi müzakirə olunur. Bu, hər iki ölkə liderinin həmin çərçivədə artıq dördüncü görüşüdür.

Bugünkü müzakirələr yanvarın 28-də Londonda keçiriləcək Əfqanıstana dair beynəlxalq konfrans ərəfəsində aparılıb. Londonda Əfqanıstan hökumətinin ölkədə təhlükəsizliyi ələ alması üçün vaxt təyin oluncağaı gözlənir. Prezident Obama bildirib ki, 2011-ci ilə qədər gərək əfqan qüvvələri ölkəyə nəzarəti əlinə ala, çünki həmin vaxtdan ABŞ əsgərləri Əfqanıstanı tərk etməyə başlamalıdır.
XS
SM
MD
LG