Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:53

Musa Musayev işdən çıxarıldı


Musa Musayev Naftalan şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin yanvarın 25-də imzaladığı sərəncamla onun yerinə Natiq Aslanov təyin olunub.

Mərkəzi Seçki Komissiyası Musa Musayevi dekabrda keçirilmiş bələdiyyət seçkilərinə kobud müdaxilələrdə ittiham etmişdi. Ona görə də MSK Naftalanda seçkinin nəticələrini ləğv edib.

Musa Musayevin özü isə MSK sədrinin ittihamlarını rədd edirdi. Prezident onun vəzifədən azad edilməsinin səbəbini qeyd etməyib.
XS
SM
MD
LG