İsrail məhkəməsi məşhur yazıçı Frans Kafkanın indiyəcən naməlum qalmış əlyazmalarının ictimaiyyətə açıqlanması haqqında qərar qəbul edib.
Agentliklər əlyazmalar arasında Kafkanın indiyəcən elmə məlum olmayan yarımçıq romanının orijinalının ola biləcəyini də yazırlar.
Kafkanın şəxsi arxivinə aid olan naməlum əlyazmalar haqqında məlumat mətbuata 2008-ci ildə sızıb.
Sözügedən əlyazmaları Kafka ölümündən qabaq dostu Maks Broda vəsiyyət edibmiş.
Brod öləndən sonra isə əlyazmalar onun katibəsi Ester Xoffeyə qalıb.
Kafkanın xətti çox çətin oxunduğu üçün Brod Xoffeni əlyazmaların üzünü köçürmək üçün işə götürübmüş.
İndisə əlyazmalar Xoffenin iki qızı – Yeva və Rutidədir.
Onlar əlyazmaları hərraca çıxarmaq istəyirlər. Hazırda əlyazmalar Tel-Əvivdə yerləşən 5 müxətəlif bankda saxlanır.
Məhkəmə iddiasını İsrail Milli Kitabxanası qaldırıb.
Naməlum əlyazmaların sahiblik hüququna kitabxana da iddialıdır.
Güman edilir ki, Maks Brod ölümündən əvvəl əlyazmaları heç də katibəsinə vəsiyyət etməyib.
Kitabxananın məhkəməyə təqdim etdiyi məktubda Brodun - əlyazmalarla bağlı qərar vermək hüququnu o vaxt kitabxanada işləyən filosof Feliks Velçə həvalə etdiyi göstərilir.
İndi əlyazmaların hazırkı sahiblərinin vəsiyyəti saxtalaşdırdığı üzə çıxa bilər.
Məhkəmə bacılara 15 gün möhlət verib ki, kitabxananın banklarda saxlanan əlyazmaları nəzərdən keçirməsinə şərait yaratsınlar.
Əks halda əlyazmalar banklardan məhkəmə icraçıları tərəfindən çıxarılacaq.
Amma bu hələ o demək deyil ki, məşhur yazıçının əlyazmaları belə tezliklə işıq üzü görəcək.
Buna baxmayaraq əlyazmaların nəzərdən keçirilməsi onların nədən ibarət olması, aralarında Kafkanın daha bir yarımçıq romanının olub-olmamasını aydınlaşdırmaq imkanı deməkdir.
Ekspertlər istisna etmirlər ki, illərlə banklarda saxlanmış əlyazmalar toz və rütubətin təsirindən ələgəlməz və oxunmaz hala düşə bilər.
1924-cü ildə - ölümündən bir qədər əvvəl Kafka öz şəxsi arxivinin bir hissəsini dostu Maks Broda, digər hissəsini isə sevgilisi Milena Essenskayaya vəsiyyət edib.
Yazıçı onlardan arxivinin, o cümlədən gündəliklərinin, məktublarının və əsərlərinin əlyazmalarının məhv edilməsini xahiş edib.
Milena yazıçının son xahişini yerinə yetirsə də, Maks Brod başqa qərar verib.
Brod ömrünü dostunun irsini araşdırmağa və onun əsərlərini çap etməyə həsr eləyib.
Kafkanın yandırmağı xahiş etdiyi kağızlar arasında onun “Qəsr”, “Amerika”, “Çevrilmə” kimi əsərlərinin əlyazmaları olub.