Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

Milli Strategiya və Fəaliyyət Planı (2007-2011-ci illər)


Milli Strategiya və Fəaliyyət Planı (2007-2011-ci illər)

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığının artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007 — 2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:

2.1. öz fəaliyyətində Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəalarını rəhbər tutsunlar;

2.2. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007 — 2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007 — 2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının məhkəmələrinə, Baş Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), yerli özünüidarə orqanlarına tövsiyə edilsin ki, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007 — 2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsünlər.

5. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV
Bakı şəhəri, 28 iyul 2007-ci il


Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi,

2004 — 2006-cı illər üçün Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi,

dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi,

korrupsiya hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi,

vəzifəli şəxslərin və dövlət qulluqçularının vicdanlı xidmət və peşəkarlıq sahəsində nümunəvi davranışının gücləndirilməsi məqsədilə,

korrupsiyanın iqtisadi inkişaf üçün maneələr törətdiyini, qanunun aliliyini, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu nəzərə alaraq,

dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının korrupsiyaya qarşı mübarizənin vacib şərti olduğunu qeyd edərək,

dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılmasına, dövlət əmlakının düzgün idarə olunmasına, antikorrupsiya mədəniyyətinin formalaşmasına şəffaflığın imkan yaratdığını vurğulayaraq,

korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının konvensiyalarının və digər beynəlxalq sənədlərin müddəalarını rəhbər tutaraq,

korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təşviq edərək,

korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq və bu sahədə həyata keçirilən səyləri və təşəbbüsləri dəstəkləyərək,

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizədə siyasi iradəsini bir daha təsdiqləyərək Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Strategiyanı qəbul edir.

I. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın məqsəd və vəzifələri

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (bundan sonra — «Milli Strategiya») Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004 — 2006-cı illər) davamı olaraq Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sosial-iqtisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçiril əcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısamüddətli tədbirləri müəyyən edir.

Milli Strategiya korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin daha sıx əməkdaşlığa cəlb edilməsi, antikorrupsiya mədəniyyətinin artırılması, dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının və məhkəm ələrin fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması üçün tədbirlər müəyyən edir.

Milli Strategiya korrupsiyaya qarşı mübarizənin əsas şərti kimi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını təsbit edir. Şəffaflığın təmin edilməsi özü-özlüyündə korrupsiyanın aradan qaldırılması məqsədi daşımır. O, korrupsiyaya qarşı mübarizənin əsas vasitəsi kimi müəyyən edilir.

Şəffaflıq təmin edildiyi təqdirdə, ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumata malik olur, ictimai diskussiyaya şərait yaranır, dövlət orqanlarına ictimai etimad güclənir və bu orqanların hesabatlılığı və məsuliyyəti daha da artır. Şəffafl ı q dövlət orqanlarının fəaliyyətinin təkmilləşməsinə, dövlət orqanlarının fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir. Şəffaflıq həmçinin iqtisadiyyatın inkişafı, əlverişli biznes mühitinin yaradılması, xarici s ərmayələrin cəlb edilməsi üçün əsas şərtlərdəndir.

Strategiya qərar qəbul etmə mexanizmləri və qaydaları, dövlət qulluğuna qəbul, dövlət büdcəsinin gəlir və xərcləri, siyasi partiyaların maliyyələşdirilməsi, dövlət satınalmaları, özəlləşdirmə, investisiya, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti v ə digər sahələrdə şəffaflığın artırılması üçün tədbirləri müəyyən edir.

Şəxslərin məlumat azadlığından istifadəsi dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi şərtlərindən biridir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007 — 2011-ci illər üçün Fəaliyyət Planı (bundan sonra — «Fəaliyyət Planı») bu azadlığı təmin edən informasiya əldə etmək haqqında qanunvericiliyin tətbiqində səmərəliliyin artırılmasını, vətəndaşların dövlət və yerli öz ünüidarə orqanlarının fəaliyyəti barədə məlumat əldə edə bilməsini, informasiya məsələləri üzrə müvəkkil institutunun fəaliyyəti üzrə təkliflərin hazırlanmasını nəzərdə tutmuşdur.

II. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri

1. Qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət orqanlarının vəzifə və səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq həyata keçirilir.

2. İnformasiya azadlığının təmin edilməsi

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla, dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər.

3. Hesabatlılığın təmin edilməsi

Hesabatlılıq dövlət orqanları və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədini daşıyır. Dövlət orqanları öz fəaliyyətləri barədə dövri hesabatları və məlumatları ictimaiyyətə təqdim etməlidirlər.

4. Dövlət orqanlarının fəaliyyətinə nəzarət

Bütün dövlət orqanları korrupsiyaya qarşı mübarizə məqsədilə öz tabeliklərində olan qurumlar üzərində səmərəli nəzarəti həyata keçirməlidirlər.

5. Korrupsiyanın qarşısının alınması və korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət

Korrupsiyaya qarşı mübarizə yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətə cəlb etməklə deyil, həmçinin korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi, təhlili, aradan qaldırılması və qabaqlayıcı tədbirlər vasitəsilə həyata keçirilməlidir.

6. Düzgün idarəçilik

Dövlət orqanları fəaliyyətlərini həyata keçirmək üçün məqsədyönlü və səmərəli tədbirlər görməli və qarşılarında duran vəzifələrin yerinə yetirilməsi üçün lazımi bacarıqlara və çevikliyə malik olmalıdırlar.

7. Korrupsiyaya qarşı maarifləndirmə və əməkdaşlıq

Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməli, digər ölkələrin təcrübəsindən istifadə olunmalı, beynəlxalq təşəbbüslərdə iştirak edilməli, eləc ə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, özəl sektor, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlıq edilməlidir.

III. Milli Strategiya üzrə tədbirlər

Milli Strategiya şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə aşağıdakı sahələrdə tədbirləri nəzərdə tutur.

1. Qanunvericiliyin təkmilləşdirilməsi

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə tam implementasiyası üçün tədbirlər davam etdiril əcəkdir.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə bir sıra normativ hüquqi aktların, o cümlədən hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması, maraqlar toqquşmasının qarşısının al ınması, siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması ilə bağlı layihələrin və Fəaliyyət Planında göstərilən digər qanunvericilik aktlarının layihələrinin hazırlanması nəzərdə tutulur.

Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi-nəzərindən müvafiq ekspertizası həyata keçiriləcəkdir.

Qanunvericilik sahəsində şəffaflığı təmin etmək məqsədi ilə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli qanun layihələri üzrə ictimai müzakirələr təşkil ediləcəkdir. İctimai müzakirələr maraqlı tərəflərə qanunun hazırlanması prosesində iştirak etməyə imkan yaradacaq, normativ hüquqi aktlar ın keyfiyyətinin təkmilləşdirilməsinə xidmət edəcək və qanunların tətbiqinin səmərəliliyini artıracaqdır. Vətəndaş cəmiyyəti institutlarının dövlətin və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən normativ hüquqi aktların layihələrinin hazırlanması sahəsində fəaliyyəti dəstəklənəcəkdir.

Qanunvericilik sahəsində şəffaflığı təmin etmək məqsədi ilə normativ hüquqi aktların vahid internet elektron bazasının təkmilləşdirilməsi, onun mütəmadi surətdə yeniləşdirilməsi üçün tədbirlər görüləcəkdir.

2. Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti

Dövlət orqanlarının fəaliyyəti sahəsində tədbirlər həmin orqanların işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində peşəkarlığın, hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmişdir.

Dövlət orqanları qərarların qəbul edilməsi prosedurlarının dəqiq müəyyən edilməsi, ərizə və şikayətlərə baxılması işinin və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə tədbirlər görəcəklər.

Dövlət və yerli özünüidarə orqanları fəaliyyətləri barədə məlumatların ictimaiyyətə çatdırılması üçün illik hesabatlar tərtib edəcəklər. Hesabatlarda qulluğa qəbul və qulluqla bağlı digər məsələlər, büdcə, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərlə bağlı məlumatlar əks olunacaqdır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya hesabatların tərtib edilməsi üçün nümunəvi qaydalar hazırlayacaqdır.

Şəffaflığın və səmərəliliyin artırılması üçün dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətini əks etdirən internet səhifələrinin tərtib edilməsi işinin başa çatdırılması, ərizə və müraciətlərin elektron vasitələrlə qəbul edilməsinin təşkili nəzərdə tutulur.

Dövlət orqanlarının səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi, həmin orqanların səlahiyyətlərində təkrarlanmaların aradan qaldırılması məqsədi ilə qanunvericilik və digər təşkilati tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarə orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə kompleks tədbirlər planlarının hazırlanması və onların tətbiq edilməsi, dövlət və özəl sektorda korrupsiya məsələləri ilə bağlı ixtisaslaşdırılmış tədqiqatların h əyata keçirilməsi planlaşdırılır.

Strategiya dövlət qulluğunun təkmilləşdirilməsini, qulluğa qəbul, vəzifədə irəliləmə, vəzifədən azad etmə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı daha şəffaf prosedurların təmin edilməsini tələb edir. Fəaliyyət Planına görə dövlət qulluğuna qəbul qaydaları və institusional mexanizmlər təkmilləşdirilməli, dövlət qulluğunun bütün sahələrində, həmçinin bələdiyyələrin aparatlarında qulluğa qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi təmin edilməlidir. Bununla yanaşı, dövlət orqanlarında qulluğun nüfuzunun artırılması, dövlət qulluqçularının həvəsləndirmə proqramlarının həyata keçirilməsi, dövlət qulluğuna ixtisaslı və peşəkar kadrların cəlb edilməsi üçün tədbirlər həyata keçirilməsi planlaşdır ılır.
Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranışının təkmilləşdirilməsi üçün sahələr üzrə etik davranış qaydalarının qəbul edilməsi, dövlət qulluqçularının mütəmadi olaraq etik davranış məsələləri üzrə tədris və treninqlərə cəlb edilm əsi, etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə tədbirlər görüləcəkdir.

Dövlət qulluqçularının peşə bacarıqlarının artırılması üçün korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar xüsusi tədris və treninq proqramlarının təşkil edilməsi nəzərdə tutulur.

Dövlət qulluqçularının maddi-texniki, sosial və maliyyə təminatının yaxşılaşdırılması üçün dövlət məvaciblərinin mərhələlərlə artırılması və digər tədbirlər həyata keçiriləcəkdir.

Korrupsiyaya qarşı mübarizə məqsədi ilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi nəzərdə tutulur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmalı və onların qərar qəbuletm ə prosesi daha operativ olmalıdır. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması, bu xətlər barədə ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər müəyy ən edilir. Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsini tənzimləyən qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulur.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydalarının tətbiqi üçün müvafiq işlər görüləcəkdir.

BMT və Avropa Şurasının tövsiyələrinə və beynəlxalq təcrübəyə uyğun olaraq siyasi partiyaların maliyyə vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması və bu məqsədlə nəzarət mexanizminin müəyyən edilməsi, siyasi partiyaların maliyyələşməsinə nəzarətin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaqdır.

3. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, onun Katibliyinin və işçi qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni resursların cəlb edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha səmərəli mexanizmlərinin müəyyən edilməsi, onların iş təcrübəsinin ümumiləşdirilməsi, korrupsiya cinayətləri barədə vahid informasiya bazas ının yaradılması, cinayət təqibini həyata keçirən orqanlar arasında daha çevik informasiya mübadiləsi təmin ediləcəkdir.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər hüquq mühafizə orqanlarının müvafiq əməkdaşlarının korrupsiya cinayətlərinin aşkar edilməsi, istintaqı və ittihamı üzrə ixtisaslarının artırılması üçün tədbirlər görüləcəkdir. Korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin tətbiqi təkmilləşəcəkdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanların səmərəli surətdə fəaliyyət göstərməsi üçün bu orqanların müstəqilliyinin təmini və heç bir təsirə məruz qalmaması üçün əlavə tədbirlər görüləcəkdir.

Korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış orqanlar öz fəaliyyətlərini ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə quracaqlar. Korrupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın güclənməsi üçün onların işi mümkün qədər şəffaf qurulmalıdır.
Hüquq mühafizə orqanları əməkdaşlarının yüksək dövlət məvacibi ilə təmin edilməsi korrupsiyaya qarşı mübarizədə mühüm amillərdən biridir. Bu məqsədlə hüquq mühafizə orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılmasının davam etdirilməsi, onların sosial təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur.

Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hakimlər üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təlim və tədrisin təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi təşviq ediləcəkdir. Məhkəmə qərarlarının dərc edilməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Məhkəmə qərarlarının icra edilməməsi şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaqdır.

4. İqtisadi və sosial sahədə

İqtisadi və sosial sahədə maliyyə nəzarəti, investisiyaların təşviqi, özəlləşdirmə, dövlət satınalmaları, audit prosesində şəffaflığın artırılması, eyni zamanda rəqabət və biznes mühitinin gücləndirilməsi üçün qanunvericilik aktlarının qəbul edilməsi və inzibati tədbirlərin görülməsi n əzərdə tutulur. Lisenziyaların və icazələrin verilməsi, vergi, gömrük, təhsil və səhiyyə sahələrində islahatlar bu tədbirlərin tərkib hissəsidir.

Ədalətli rəqabətin təmin edilməsi üçün müvafiq normativ hüquqi aktların qəbulu və onların səmərəli tətbiqi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Özəlləşdirmə sahəsində şəffaflığın artırılması və özəlləşdirmədə nəzarətin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Lisenziyaların və icazələrin verilməsində şəffaflığın artırılması, onların verilmə şərtlərinin sadələşdirilməsi, lisenziyaların və icazələrin verilməsinin elektron sisteminə keçirilməsi üçün təkliflər hazırlanacaqdır.

Dövlət satınalmaları sahəsində ədalətli rəqabətin təmin edilməsi üçün müvafiq normativ hüquqi aktların hazırlanması, bu sahədə maliyyə orqanlarının nəzarətinin artırılması, dövlət satınalmaları sahəsində qanun pozuntularına yol vermiş şəxslərin satınalmalarda iştirakının m əhdudlaşdırılması, şikayətlərə təxirəsalınmadan baxılması üçün tədbirlər müəyyən edilir. Dövlət satınalmalarında şəffaflığın və peşə bacarıqlarının artırılması məqsədi ilə ictimaiyyətin məlumatlandırılması, internet imkanlarından istifadənin genişləndirilməsi, elektron dövlət satınalmalarının həyata keçirilməsi üçün tədbirlər görüləcək, bu sah ədə çalışan mütəxəssislər üçün təlim və treninqlər təşkil olunacaqdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə milli qanunvericiliyin BMT və Avropa Şurasının bu sahədə konvensiyalarına və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tövsiyələrinə uyğun olaraq təkmilləşdirilm əsi, institusional mexanizmlərin möhkəmləndirilməsi nəzərdə tutulur.

Təsərrüfat subyektləri arasında maliyyə əməliyyatlarının və hesablaşmaların şəffaflığının təmin edilməsi məqsədi ilə mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması üçün tədbirlər müəyyən edilir.

Audit xidmətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulur.

Audit təşkilatlarının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığının gücləndirilməsi və onların korrupsiyaya qarşı mübarizə sahəsində məsuliyyətlərinin artırılması sahəsində tədbirlər həyata keçiriləcəkdir.

Vergi və gömrük işinin təkmilləşdirilməsi məqsədi ilə vergi və gömrük rüsumları qaydalarının sadələşdirilməsi, gömrük və vergi orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, vergi ödəyicilərinin zəruri m əlumatlarla təmin edilməsinin asanlaşdırılması üçün tədbirlər müəyyən edilir.
Gömrük prosedurlarının səmərəliliyinin və şəffaflığının artırılması məqsədi ilə gömrük məntəqələrində normativ hüquqi aktlar, gömrük rüsum və tarifləri barədə məlumat xidmətlərinin yaradılması, gömrük sərhəddində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması, gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsi üçün tədbirlər planlaşdırılır.

Maliyyə nəzarəti sahəsində qanunvericiliyin və maliyyə nəzarətini həyata keçirən orqanların işinin, maliyyə nəzarəti prosedurlarını tənzimləyən normaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Maliyyə nəzarəti orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə dövri məruzələrin tərtib edilməsi davam etdiriləcəkdir. Yerli büdcənin icrasına nəzarət mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.

Büdcə sisteminin qanunvericilik bazasının və büdcə təsnifatının təkmilləşdirilməsi, həmçinin yerli özünüidarə orqanlarının vəsaitlərinin formalaşması və təyinatı üzrə xərclənməsi prosesində şəffaflığın təmin edilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Təhsil və səhiyyə sahələrində tədbirlər sırasına müəllimlərin və həkimlərin statusuna dair təkliflərin hazırlanması, müəllimlərin və həkimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin təmin edilməsi, müəllimlərin və həkiml ərin etik davranış qaydalarının qəbul edilməsi, müəllimlərin və həkimlərin maaşlarının artırılması və sosial təminatının gücləndirilməsi tədbirləri daxildir.

5. Maarifləndirmə

Korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi davam etdiriləcəkdir. Vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin maarifləndirmə işinə cəlb olunması dəstəklənəcəkdir.

6. Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq

Vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və özəl sektor Fəaliyyət Planının icrası üzrə tərəfdaş kimi müəyyən edilirlər.

Korrupsiyaya qarşı mübarizə aparan orqanlar Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da genişləndirəcəklər.

IV. Milli Strategiyanın icrası və icraya nəzarət

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Milli Strategiyanın icrasına nəzarəti həyata keçirir və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə hər altı aydan bir məlumat təqdim edirlər.
Mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının icrası ilə əlaqədar müvafiq tədbirlər planı qəbul edir və onun icrasına nəzarət məqsədi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edirlər. Bu orqanlar Milli Strategiyanın icra vəziyyəti barədə məlumatları hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər. Milli Strategiyanın icrasına məsul digər qurumlar həmçinin icra vəziyyəti barədə məlumatları eyni qaydada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edirlər.

Şəffaflığın artırılması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və maarifləndirmə tədbirləri vasitəsi ilə Milli Strategiyanın icrasına həmçinin ictimai nəzarət həyata keçirilir. İctimai nəzarətin səmərəli həyata keçirilməsi üçün informasiya əldə edilməsi, söz azadlığı və insan hüquqlarının qorunmasını gücləndirəcək siyasi, hüquqi və mədəni mühit təşviq olunacaqdır. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan jurnalistlərin peşəkarlığının, etik davranışının və məsuliyyətinin artırılması məqsədi ilə təlim və treninqlər keçiriləcəkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Məclisi qarşısında illik hesabatında həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilməsini davam etdirəcəkdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiya ilə mübarizə üzrə illik milli hesabat hazırlanması nəzərdə tutulur. Hesabat aidiyyəti dövlət orqanlarının iştirakı ilə hazırlanacaq və onun hazırlanmasında vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim edilən məlumatlardan istifadə ediləcəkdir.
İllik milli hesabat BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarının və Milli Strategiyanın icra vəziyyətini dəyərləndirəcəkdir. Bu dəyərləndirmə aparılan islahatların təhlil edilməsinə, prioritetlərin, növbəti mərhələlər üzrə tədbirlərin müəyyən edilməsinə xidmət edəcəkdir.

Milli Strategiyanın icrasını qiymətləndirmək məqsədilə Dünya Bankının və digər beynəlxalq təşkilatların yeni idarəçilik göstəricilərindən istifadə olunacaqdır.
Milli Strategiya dövlət və özəl sektorlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə həmçinin ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsini nəzərdə tutur. Tədqiqatlar və rəy sorğuları qabaqcıl beynəlxalq metodologiyaya əsaslanaraq keçiriləcəkdir.

V. Milli Strategiyanın icrası üzrə prioritetlər

Fəaliyyət Planı şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlərin prioritetlərini müəyyən edir. Fəaliyyət Planına əsasən həmin tədbirlərin icrası üçün daha qısa müddətlər müəyyən edilmişdir.

VI. Milli Strategiyanın maliyyələşdirilməsi

Strategiyada göstərilən tədbirlər dövlət büdcəsindən və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən maliyyələşir. Hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət orqanları Fəaliyyət Planının icrası üçün zəruri maliyyə ayrılması məqsədi ilə öz təkliflərini aidiyyəti qurumlara təqdim edirlər.

Dövlət orqanları Fəaliyyət Planında nəzərdə tutulan müvafiq tədbirlərin dəstəklənməsi üçün beynəlxalq tərəfdaşların konsultativ, metodiki, texniki və digər yardımlarından istifadə edə biləcəklər.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007 — 2011-ci illər)
I. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində

Tədbirin adı Görüləcək işlər və gözlənilən nəticələr İcrasına məsul orqan Tərəfdaş qurumlar İcra müddəti Maliyyə mənbəyi

1. Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində konvensiyalarının və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər

beynəlxalq müqavilələrin milli qanunvericiliyə implementasiyası üçün tədbirlərin davam etdirilməsi konvensiyalara uyğunluq üzrə ümumi dəyərləndirmənin həyata keçirilməsi və bununla bağlı yekun hesabat sənədinin hazırlanması Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ədliyyə Nazirliyi, digər aidiyyəti dövlət orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2008

qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması üçün müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması 2007 — 2008

2. Korrupsiyaya qarşı mübarizə üzrə zəruri qanunvericilik aktlarının layihələrinin və ya təkliflərin hazırlanması hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında qanun layihəsinin hazırlanması Nazirlər Kabineti, Prezidentin İcra Aparatı QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar, Cinayət Məcəlləsinin təkmilləşdirilməsi üzrə işçi qrup Yanvar-mart 2008

dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsinin hazırlanması Noyabr — dekabr

2007

qeyri-qanuni yolla əldə olunmuş pulların və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun layihəsinə dair təkliflərin hazırlanması 2007

korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericilik təkliflərinin hazırlanması 2008

vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamə formasının təsdiqi ilə bağlı müvafiq işlərin görülməsi 2007 — 2008

siyasi partiyaların maliyyələşdirilməsi və vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması üçün nəzarət mexanizmlərinin müəyyən edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması 2008

Rəqabət Məcəlləsinin qəbul edilməsi Tövsiyə edilir: Milli Məclis 2007 — 2008

İnzibati Prosessual Məcəllənin qəbul edilməsi

3. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının həyata keçirilməsi qüvvədə olan normativ hüquqi aktların və normativ hüquqi aktların layihələrinin dəyərləndirilməsi

qanunvericiliklə nəzərdə tutulmayan hüquq münasibətlərinin tənzimlənməsi üçün normativ hüquqi aktlara əlavə və dəyişikliklərin hazırlanması
qəbul ediləcək dövlət proqramlarının layihələrində korrupsiyanın qarşısının alınmasına yönəlmiş tədbirlərin nəzərdə tutulması Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ədliyyə Nazirliyi, digər aidiyyəti dövlət orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

4. Normativ hüquqi aktların vahid elektron bazasının yaradılması elektron bazanın mütəmadi yeniləşdirilməsi
elektron bazanın daim işlək vəziyyətdə saxlanılması

elektron bazanın ictimaiyyət üçün açıq olması Ədliyyə Nazirliyi müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Yanvar 2008-ci ildən başlayaraq Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

5. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimaiyyətin iştirakının təmin edilməsi vətəndaş cəmiyyəti institutlarının, özəl sektor nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və müstəqil ekspertlərin iştirakı ilə ictimai dinləmələrin keçirilməsi
vətəndaş cəmiyyəti institutlarının, özəl sektor nümayəndələrinin, kütləvi informasiya vasitələrinin və müstəqil ekspertlərin qanunvericilik təşəbbüsünün subyektlərinə qanun layihələrinin təklif etmələrinin təşviq edilməsi

qanunvericilik sahəsində verilmiş təklif və rəylərin qiymətləndirilməsi və nəzərə alınması Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, qanunvericilik təşəbbüsünün subyektləri QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar, KİV Mütəmadi Dövlət büdcəsi və qanunveri ciliklə qadağan edilməyən digər mənbələr

6. Lobbiçilik fəaliyyəti haqqında qanunun qəbulunun məqsədəmüvafiqliyinin öyrənilməsi beynəlxalq təcrübənin öyrənilməsi

milli qanunvericilik kontekstində lobbiçilik fəaliyyətinin mümkünlüyünün araşdırılması

məsələ ilə bağlı yekun sənədin hazırlanması Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar iyun 2008 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

II. Dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti sahəsində

7. Dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onların fəaliyyətində təkrarlanmanın aradan qaldırılması ilə bağlı işlərin davam etdirilməsi dövlət orqanlarının əsasnamələrinin və onların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların ekspertizası

dövlət orqanlarının səlahiyyətlərinin təkrarlanmasının aradan qaldırılması, habelə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə qanunvericilik və digər təkliflərin verilməsi

dövlət orqanlarının strukturlarına daxil olan qurumların əsasnamələrində vəzifəli şəxslərin səlahiyyətlərinin aydın müəyyən edilməsi

tənzimləmə və kommersiya funksiyalarının eyni orqan tərəfindən həyata keçirilməsinin qarşısının alınması Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Ədliyyə Nazirliyi, aidiyyəti dövlət orqanları 2007 — 2011

8. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: məhkəmələr, Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, bələdiyyələr QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar İyun 2008
ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması. Mütəmadi.

elektron poçt vasitəsi ilə ərizə və şikayətlərin qəbulu işinin təşkili 2008 — 2009

9. İnzibati qərarlardan şikayət verilməsi sisteminin təkmilləşdirilməsi İnzibati Prosessual Məcəllənin tətbiqi ilə əlaqədar institusional mexanizmlərin yaradılması üçün tədbirlərin görülməsi

İnzibati Prosessual Məcəllə qəbul edildikdən sonra onun tətbiq edilməsi üzrə dövlət qulluqçularına və hakimlərə müvafiq treninqlərin keçirilməsi Nazirlər Kabineti, Prezidentin İcra Aparatı

tövsiyə edilir: Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası Beynəlxalq tərəfdaşlar İnzibati Prosessual Məcəllə qəbul edildikdən sonra Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

10. Məlumat azadlığından istifadənin təkmilləşdirilməsi məlumat əldə edilməsi qaydalarının və üsullarının təkmilləşdirilməsi

məlumat əldə edilməsi üzrə məsul olacaq struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi

bu sahədə treninqlərin keçirilməsi

informasiya məsələləri üzrə müvəkkil institutunun fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması Mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: məhkəmələr, Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, insan hüquqları üzrə Müvəkkil (Ombudsman), bələdiyyələr QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2007 — 2009 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

11. Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsi barədə məlumatların əldə edilməsi

korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilmiş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi

əldə olunan nəticələrə əsaslanaraq korrupsiyaya qarşı tədbirlərin müəyyən edilməsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Mütəmadi Dövlət büdcəsi və qanunveri ciliklə qadağan edilməyən digər mənbələr

12. Dövlət qurumlarının fəaliyyəti barədə illik hesabatların tərtib edilməsi hesabatlarda qulluğa qəbul və qulluqla bağlı digər məsələlər, büdcə, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin göstərilməsi

hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hesabatların tərtib edilməsi üçün nümunəvi qaydaların hazırlanması Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası, Baş Prokurorluq, bələdiyyələr Hər il yanvarın 30-dək

13. Dövlət orqanlarında daxili nəzarət qurumlarının işinin təkmilləşdirilməsi şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması
daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət ərzində baxılması Mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: Baş Prokurorluq Məhkəmə Hüquq Şurası Mütəmadi Dövlət büdcəsi

daxili nəzarət qurumları tərəfindən aşkar edilən korrupsiya cinayətləri barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması

daxili nəzarət qurumlarının maddi və texniki resurslar, ixtisaslı kadrlarla təmin edilməsi sahəsində tədbirlərin görülməsi

14. Dövlət qurumlarının fəaliyyətini geniş əks etdirən internet səhifələrinin yaradılması internet səhifələrində məlumatların mütəmadi yeniləşdirilməsi

«informasiya əldə etmək haqqında» Qanunda nəzərdə tutulan məlumatların internet səhifələrində yerləşdirilməsi

internet səhifələrindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi Mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: məhkəmələr, Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, bələdiyyələr İyun 2008 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

15. Dövlət qurumlarının fəaliyyəti ilə əlaqədar tətbiq edilən rüsum, tarif və digər ödənişlərin yığılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması dövlət orqanlarının binalarında rüsum, tarif, vergilər və göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi

rüsumların, vergilərin və digər ödənişlərin yığılması üzrə nağd ödəmələrin azaldılması

«maaşların, pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin plastik kartlar vasitəsi ilə ödənilməsinin təmin edilməsi

şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və onların tətbiqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: məhkəmələr bələdiyyələr Yanvar 2008-ci ildən başlayaraq mütəmadi

16. İctimaiyyətlə əlaqələrin gücləndirilməsi dövlət orqanlarında qaynar xətlərin yaradılması və qaynar xətt barədə ictimaiyyətin məlumatlandırılması

qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması

ictimai mənafeyə toxunan qərarlar barədə izahat işinin aparılması

dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti üzrə təbliğat işinin təşkil edilməsi Mərkəzi və yerli icra hakimiyyəti orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Yanvar 2008-ci ildən başlayaraq mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

17. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin təmin edilməsi

bələdiyyələrdə çalışan şəxslər üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili
bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi bələdiyyələr

tövsiyə edilir Ədliyyə Nazirliyi QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar. Mütəmadi.

18. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması maraqları toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin tətbiqi üzrə treninqlərin təşkili

maraqlar toqquşmasının qarşısının alınması üçün səmərəli nəzarət mexanizminin yaradılması

maraqlar toqquşmasının qarşısının alınması üçün nəzarət qurumlarının zəruri maddi və texniki resurslarla təmin edilməsi Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Müvafiq qanun qəbul edildikdən sonra Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

19. Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi sahələr üzrə etik davranış qaydalarının qəbul edilməsi

etik davranış qaydalarının pozulmasına görə məsuliyyətin müəyyən edilməsi

etik davranış məsələləri üzrə tədris və treninqlərin təşkil edilməsi

dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi

etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması Mərkəzi və yerli icra hakimiyyəti orqanları

tövsiyə edilir: Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, bələdiyyələr QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Yanvar 2008-ci ildən başlayaraq mütəmadi

20. Dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi və şəffaflığın artırılması dövlət qulluğunun bütün sahələrində dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi

bu sahədə zəruri nəzarət mexanizmlərinin yaradılması

dövlət qulluğuna qəbulun şərtləri haqqında məlumatların ictimaiyyətə çatdırılması Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, aidiyyəti dövlət orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2007 — 2009 Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

21. Dövlət qulluqçularının maddi təminatının gücləndirilməsi dövlət qulluqçularının dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi

dövlət məvaciblərinin artırılmasının həvəsləndirmə sisteminə əsasən qurulması

dövlət qulluğunun nüfuzunun artırılması

dövlət qulluğuna ixtisaslı kadrların cəlb edilməsi Nazirlər Kabineti, Prezidentin İcra Aparatı 2008 — 2011 Dövlət büdcəsi

22. Dövlət qulluqçularının peşəkarlığının artırılması dövlət qulluqçularının ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi və onların treninqlərə cəlb edilməsi

dövlət orqanlarının nəzdində olan tədris müəssisələrinin və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi

beynəlxalq təcrübənin öyrənilməsi

dövlət orqanlarının əməkdaşları üçün birgə kursların təşkil edilməsi

korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar tədris proqramlarının və treninqlərin təşkil edilməsi (etik davranış məsələləri, maraqlar toqquşması, məlumat azadlığı və s.) Prezidentin İcra Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar. Mütəmadi.

Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

23. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması qiymətləndirmə qaydalarının qəbulu və sisteminin tətbiqi

dövlət qulluqçusunun vəzifədə irəliləməsində qiymətləndirmənin nəticələrinin nəzərə alınması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2008-ci ildən başlayaraq

24. Dövlət qulluğunda rotasiya sisteminin tətbiq edilməsi rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsi Mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət orqanları. Mütəmadi.

III. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar, hüquq mühafizə orqanları və məhkəmələrin fəaliyyəti sahəsində
1. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi

25. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi Komissiyanın Katibliyinin işçilərinin və işçi qruplarının üzvlərinin professional təlimlərə cəlb edilməsi

vətəndaş cəmiyyəti institutlarının, özəl sektor, kütləvi informasiya vasitələri və elm nümayəndələrinin cəlb edilməsi

beynəlxalq tərəfdaşlarla əlaqələrinin gücləndirilməsi və beynəlxalq təşəbbüslərdə iştirak edilməsi

korrupsiya sahəsində sorğuların və monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar, KİV Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması 2007 — 2008
Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması 2007 — 2008

26. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi idarənin işçi heyətlə tam komplektləşdirilməsi idarə əməkdaşlarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təlimlərə cəlb edilməsi, idarənin yeni bina ilə təmin edilməsi və maddi-texniki təminatının gücləndirilməsi Baş Prokurorluq — tövsiyə edilir 2007 — 2008 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

Nazirlər Kabineti 2007 — 2008

2. Hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi

27. Korrupsiya hüquqpozmalarına qarşı mübarizədə cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi orqanlar arasında qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün tədbirlər görülməsi Baş Prokurorluq — tövsiyə edilir, Daxili İşlər Nazirliyi Milli Təhlükəsizlik Nazirliyi Vergilər Nazirliyi 2007 — 2008

orqanlar arasında yeni texnologiya vasitələrinin tətbiqi ilə səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi. Mütəmadi.

korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının yaradılması 2008

28. Hüquq mühafizə orqanları əməkdaşlarının korrupsiyaya qarşı mübarizədə peşəkarlılığının artırılması korrupsiya cinayətlərinin aşkar edilməsi, istintaqı və ittihamı üzrə müvafiq əməkdaşların ixtisaslaşması

korrupsiya cinayətləri üzrə cinayət təqibinin ixtisaslaşmış əməkdaşlar tərəfindən həyata keçirilməsi

korrupsiya cinayətləri üzrə cinayət təqibi məsələləri və bu sahədə yeni qəbul edilmiş qanunvericilik üzrə tədris və treninqlərin təşkil edilməsi

qabaqcıl təcrübəni bölüşmək üçün hüquq mühafizə orqanlarının tədris müəssisələrinin (mərkəzlərinin) nümayəndələrindən təşkil edilmiş işçi qrupun yaradılması, korrupsiya cinayətlərinin istintaqı üzrə birgə treninq üçün proqramların tərtib edilməsi

korrupsiya cinayətləri üzrə cinayət təqibi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi Baş Prokurorluq — tövsiyə edilir, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Yanvar 2008-ci ildən başlayaraq mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

29. Korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi korrupsiya cinayətlərinin aşkar edilməsində əməliyyat-axtarış tədbirlərinin daha geniş tətbiq edilməsi

əməliyyat-axtarış fəaliyyətinin subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və birgə treninqlərin keçirilməsi

korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması Baş Prokurorluq — tövsiyə edilir, Daxili İşlər, Nazirliyi Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi Mütəmadi Dövlət büdcəsi

30. Korrupsiya hüquqpozmalarının törədilməsində iştirak etmiş şəxslərin səlahiyyətli orqanlara istintaq üçün faydalı olan informasiya verməsini və onlarla əməkdaşlıq etməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi cinayət təqibi orqanı ilə əməkdaşlıq barədə saziş praktikasının tətbiqi məsələlərinin öyrənilməsi
korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləşdirilməsi Baş Prokurorluq — tövsiyə edilir Daxili İşlər, Nazirliyi Milli Təhlükəsizlik Nazirliyi Beynəlxalq tərəfdaşlar 2008 — 2009 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

3. Hakimlərin və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi

31. Məhkəmə qərarlarının dərc edilməsi işinin təkmilləşdirilməsi məhkəmə qərarlarının internet səhifələrində yerləşdirilməsi və məlumatların mütəmadi olaraq yeniləşdirilməsi tövsiyə edilir: Ali Məhkəmə, apellyasiya məhkəmələri Beynəlxalq tərəfdaşlar. Mütəmadi.

32. Məhkəmə və hakimlərin fəaliyyətini, o cümlədən hakimlərin intizam məsuliyyətinə cəlb olunmasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarına yenidən baxılması

beynəlxalq təcrübənin öyrənilməsi

müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması Məhkəmə Hüquq Şurası — tövsiyə edilir Beynəlxalq tərəfdaşlar 2008

33. Məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi məhkəmə qərarlarının icrasına həmin qərarları çıxarmış hakimlərin nəzarətinin artırılması

mövcud çatışmazlıqların aradan qaldırılması

qərarların icrası zamanı nöqsanlara yol vermiş əməkdaşların cəzalandırılması Ədliyyə Nazirliyi, məhkəmələr — tövsiyə edilir Beynəlxalq tərəfdaşlar. Mütəmadi.

məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər layihəsinin hazırlanması 2008

34. Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması

dövlət hesabına ödənilən hüquqi yardıma görə vəkillərə verilən məbləğin artırılması Nazirlər Kabineti Beynəlxalq tərəfdaşlar 2008 — 2011 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

2008

vəkillərin etik davranış qaydalarının qəbul edilməsi Vəkillər Kollegiyası — tövsiyə edilir 2007

IV. İqtisadi və sosial sahədə

1. Sahibkarlığın inkişafı və özəlləşdirmənin təkmilləşdirilməsi

35. Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər sahibkarların investisiya fəaliyyətinin müdafiəsi sisteminin inkişafı və gücləndirilməsi

sahibkarların kreditlərdən istifadə imkanlarının genişləndirilməsi

dövlət orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxiləsinin qarşısının alınması

sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin görülməsi

iqtisadi sahədə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikası ilə bağlı tərtib edilən hesabatların öyrənilməsi və təhlili, bununla əlaqədar təkliflərin hazırlanması İqtisadi İnkişaf Nazirliyi, aidiyyəti dövlət orqanları Beynəlxalq tərəfdaşlar. Mütəmadi.

36. Özəlləşdirmə prosedurlarının təkmilləşdirilməsi özəlləşdirmə prosesində bütün şəxslərin bərabərhüquqlu iştirakının təmin edilməsi

dövlət auksionlarının keçirilməsi üçün prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

özəlləşdirmə prosesində maraqlar toqquşmasının qarşısının alınması üçün tədbirlər görülməsi Nazirlər Kabineti, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Beynəlxalq tərəfdaşlar Mütəmadi

37. Özəlləşdirmədə şəffaflığın artırılması üçün tədbirlərin görülməsi özəlləşdirmə barədə məlumat təminatının təkmilləşdirilməsi

özəlləşdirmə prosesinin təşkilinə cəlb ediləcək müstəqil məsləhətçilərin (ekspertlərin) seçilməsində şəffaflığın artırılması Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Beynəlxalq tərəfdaşlar. Mütəmadiş

2. Maliyyə nəzarətinin təkmilləşdirilməsi

38. Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsinə və maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

büdcə xərclərinin bütün sahələr üzrə əsaslandırılmış normativlərinin müəyyən edilməsi

büdcə sistemini tənzimləyən qanunvericiliyin və büdcə təsnifatının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

yerli büdcənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarət mexanizmlərinə və prosedurlarına dair təkliflərin hazırlanması Nazirlər Kabineti, Maliyyə Nazirliyi, tövsiyə edilir: Hesablama Palatası, Auditorlar Palatası 2008 — 2009

3. Dövlət satınalmalarının təkmilləşdirilməsi

39. Dövlət satınalmalarında ədalətli rəqabətin və bərabər hüquqlu iştirakın təmin edilməsi dövlət satınalma müqavilələri üzrə ödənişlərə maliyyə orqanlarının nəzarətinin artırılması

dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərin gələcəkdə dövlət satınalmalarında iştirakını məhdudlaşdıran mexanizmin yaradılması

dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təxirəsalınmadan baxılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması

dövlət satınalmalarının vəziyyətinin və dövlət satınalmaları sisteminin səmərəliliyinin dəyərləndirilməsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Satınalmalar üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi Beynəlxalq tərəfdaşlar 2007 — 2009

40. Dövlət satınalmalarında şəffaflığın artırılması dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçıların geniş cəlb olunmasını və müsabiqələrin nəticələri haqqında məlumatların dərc olunması üçün internet imkanlarından istifadə edilməsi

elektron dövlət satınalmaların təşkili üçün tədbirlərin həyata keçirilməsi Satınalmalar üzrə Dövlət Agentliyi Beynəlxalq tərəfdaşlar 2007 — 2009 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

41. Dövlət satınalmalarında peşəkarlılığın artırılması dövlət satınalmaları haqqında məlumat kitabçalarının hazırlanması

elektron dövlət satınalmalarının təşkili və keçirilməsinə cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə təlim və treninqlərin təşkili
tender prosedurlarının təşkili və keçirilməsində tender komissiyalarının məsuliyyətinin artırılması Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

4. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində

42. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, daşınmaz əmlakın texniki pasportunun alınması, dövlət reyestrindən çıxarış, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayış alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, bu prosesdə süni maneələrin aradan qaldırılması

daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin internet şəbəkəsi vasitəsilə əldə olunmasının təmin edilməsi Nazirlər Kabineti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beynəlxalq tərəfdaşlar 2008 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

5. Korrupsiya hüquqpozmlarından əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması

43. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və institusional mexanizmin möhkəmləndirilməsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə aparan orqanların əməkdaşlıq və məlumat mübadiləsinin təmin edilməsi
maliyyə əməliyyatlarının qeydiyyatı və uçotu mexanizmlərinin təkmilləşdirilməsi

mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarda nağdsız ödəmələrin həcminin artırılması üçün tədbirlərin həyata keçirilməsi Nazirlər Kabineti,Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti aidiyyəti dövlət orqanları Beynəlxalq tərəfdaşlar. Mütəmadi.

44. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üzrə beynəlxalq standartların tətbiq edilməsi dövlət orqanlarında aidiyyəti işçilərinin çirkli pulların yuyulmasına qarşı tədbirlər üzrə təlimatlandırılması
maliyyə institutlarının və aidiyyəti dövlət orqanlarının beynəlxalq standartlar barədə məlumatlandırılması və treninqlərə cəlb edilməsi

Maliyyə Tədbirləri üzrə işçi Qrupun (FATF) tövsiyələrinin tətbiqi üçün tədbirlərin görülməsi Nazirlər Kabineti, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti aidiyyəti dövlət orqanları Beynəlxalq tərəfdaşlar 2008 — 2009 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

6. Audit xidmətinin təkmilləşdirilməsi

45. Beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyyətini tənzimləyən metodiki göstərişlər və tövsiyyəvi vəsaitlərinin hazırlanması

auditorların fəaliyyətinə dair nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları, Auditorlar Palatası — tövsiyə edilir Beynəlxalq tərəfdaşlar 2008 — 2009

46. Auditor xidmətinin keyfiyyətinin artırılması auditorların məsuliyyətinin artırılması üzrə normativ hüquqi aktların hazırlanması

daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi

təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin olunması Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları, Auditorlar Palatası — tövsiyə edilir Beynəlxalq tərəfdaşlar 2008 — 2009

7. Lisenziya və icazə vermə işinin təkmilləşdirilməsi

47. Lisenziyaların və icazələrin verilməsi sahəsində dövlət orqanlarının işinin təkmilləşdirilməsi və şəffaflığın artırılması lisenziyaların və icazələrin verilməsi şərtlərinin və müddətlərinin sadələşdirilməsinə dair təkliflərin hazırlanması

razılıq funksiyalarının (qeydiyyata alınma, lisenziyaların, icazələrin, arayışların, şəhadətnamələrin və s. verilməsi) elektron sisteminə keçirilməsi üçün təkliflərin hazırlanması Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları Beynəlxalq tərəfdaşlar 2008 — 2009

8. Vergi və gömrük işinin təkmilləşdirilməsi

48. Vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin artırılması vergi auditinin seçim prosesinin avtomatlaşdırılması

vergi nəzarəti və nəticələrinin rəsmiləşdirilməsinin avtomatlaşdırılması sisteminin tətbiq edilməsi

kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının işlənib hazırlanması

vergi orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

vergi orqanlarının qərarlarının icrasına səmərəli nəzarətin təşkili

qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi Nazirlər Kabineti, Vergilər Nazirliyi Beynəlxalq tərəfdaşlar 2007 — 2009

49. Vergi ödəyicilərinin zəruri məlumatlarla təmin edilməsinin asanlaşdırılması vergi ödəyicilərinə internet vasitəsilə büdcə ilə hesablaşmalar barədə məlumatların əldə edilməsi imkanının yaradılması

vergi ödəyicisinin kommersiya sirri hesab edilməyən məlumatlarının internet vasitəsi ilə əldə edilməsi imkanlarının yaradılması

vergi bəyannamələrinin internet vasitəsilə elektron formatda təqdim olunmasının tətbiq edilməsi

vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi Nazirlər Kabineti, Vergilər Nazirliyi QTH-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2007 — 2009

50. Gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi gömrük məntəqələrində gömrük rüsum və tarifləri barədə məlumat xidmətlərinin yaradılması

gömrük rüsum və tarifləri barədə məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi

gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsinin təmin edilməsi

gömrük orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

gömrük orqanlarının qərarlarının icrasına səmərəli nəzarətin təşkili

gömrük sərhəddində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması Dövlət Gömrük Komitəsi Beynəlxalq tərəfdaşlar 2007 — 2009

9. Səhiyyə sahəsində

51. İcbari tibbi sığortanın mərhələlərlə həyata keçirilməsi icbari tibbi sığorta ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
icbari tibbi sığortasının həyata keçirilməsi üçün institusional mexanizmlərin müəyyən edilməsi

icbari tibbi sığortanın tətbiq edilməsi Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi Beynəlxalq tərəfdaşlar 2008 — 2010 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

52. Həkimlərin statusunun müəyyən edilməsi və maddi-texniki təminatı ilə bağlı tədbirlər həkim statusuna dair təkliflərin hazırlanması Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2008 — 2010 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

həkimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi 2008

həkimlərin etik davranış qaydalarının qəbul edilməsi 2008

həkimlərin maaşlarının artırılması və sosial təminatının gücləndirilməsi 2008 — 2011

10. Təhsil sahəsində

53. Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi Təhsil Nazirliyi QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması 2008

54. Müəllimlərin statusunun müəyyən edilməsi və maddi-texniki təminatı ilə bağlı tədbirlər müəllim statusuna dair təkliflərin hazırlanması Nazirlər Kabineti, Təhsil Nazirliyi QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar 2008 — 2010 Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr
müəllimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi 2008

müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi 2008

müəllimlərin maaşlarının və sosial təminatının gücləndirilməsi 2008 — 2010

V. Maarifləndirmə və əməkdaşlıq sahəsində

55. Korrupsiyaya qarşı mübarizəyə və Milli Strategiyanın icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılması dəyirmi masaların, konfrans və seminarların, ictimai dinləmələrin həyata keçirilməsi

maarifləndirici nəşrlərin, filmlərin, rəsmlərin və digər vəsaitlərin hazırlanması

vəzifəli şəxslərlə kütləvi informasiya vasitələrində mütəmadi müsahibələr və söhbətlərin keçirilməsi

ali və orta ixtisas məktəbləri, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarına korrupsiya ilə mübarizə haqqında tədris kurslarının daxil edilməsi Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Təhsil Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,

tövsiyə edilir: Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, insan hüquqları üzrə Müvəkkil (Ombudsman) QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar, KİV Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

56. Milli Strategiyanın icrasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması Milli Strategiyanın həyata keçirilməsinə qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdaşların cəlb edilməsi

korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan jurnalistlərin peşəkarlığının, etik davranışının və məsuliyyətinin artırılması məqsədi ilə təlim və treninqlər keçirilməsi

vətəndaş cəmiyyəti institutlarının Milli Strategiyanın icrası ilə əlaqədar təşəbbüslərinin dəstəklənməsi Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət orqanları

tövsiyə edilir: Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar, KİV, Mətbuat Şurası Mütəmadi Dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr

57. Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi Milli Strategiyada göstərilən tədbirlərin icrası məqsədi ilə beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak edilməsi

korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığın davam etdirilməsi
Fəaliyyət planında nəzərdə tutulan müvafiq tədbirlərin dəstəklənməsi üçün beynəlxalq tərəfdaşların konsultativ, metodiki, texniki və digər yardımlarından istifadə edilməsi.

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində hazırlanmış korrupsiyaya qarşı mübarizə ilə bağlı tövsiyələrinin yerinə yetirilməsi məqsədi ilə müvafiq tədbirlərin h əyata keçirilməsi
«Transparency international» təşkilatı tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tövsiyələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət orqanları
tövsiyə edilir: Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) QHT-lər, müstəqil ekspertlər, beynəlxalq tərəfdaşlar. Mütəmadi.

VI. Milli Strategiyanın icrası üzrə nəzarət sisteminin təşkili

58. Milli Strategiyanın icrası ilə bağlı dövlət orqanları tərəfindən görülən tədbirlər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən Milli Strategiyanın icrası üzrə illik tədbirlər planının qəbul edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi aidiyyəti dövlət orqanları Hər il dekabrın 20-dək
mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim edilməsi. Hər il dekabrın 30-u və iyunun 30-dək.

Milli Strategiyanın icrasına məsul digər qurumlar tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi .Hər il dekabrın 30-u və iyunun 30-dək.

59. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli Strategiyanın icrası ilə bağlı tədbirlər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli Strategiyanın icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya. Hər il yanvarın 30-u və iyulun 30-dək.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Milli Strategiyanın icra vəziyyətinin yoxlanılması məqsədilə monitorinqlərin keçirilməsi QHT-lər, beynəlxalq tərəfdaşlar 2008 — 2011

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Korrupsiya ilə mübarizə üzrə illik milli hesabatın hazırlanması QHT-lər, beynəlxalq tərəfdaşlar. Hər il yanvarın 30-dək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Milli Məclisi qarşısındakı illik hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verməsi 2008 — 2011

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG