Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 03:19

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xldmətlərə görə:

31.1.1. tikintinln layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi - 60 manat

31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin eksperüzası - 30 manat

31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi - 50 manat

31.1.4. inşaat pasportunun verilməsi - 50 manat

31.1.5. inşaat pasportunun dublikatının verilməsi - 10 manat

31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə:

31.2.1. Bakı şəhəri üzrə - 60 manat

31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə - 20 manat

31.2.3. digər regionlar - 10 manat

31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi:

31.3. 1. Bakı şəhəri üzrə - 70 manat

31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə - 50 manat

31.3.3. digər regionlar - 35 manat
XS
SM
MD
LG