Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Avropa Bankı proqnozunu yaxşıya dəyişdi


Avropa Yenidənquma və İnkişaf Bankı (AYİB) keçmiş sovet respublikalarında bu il iqtisadi inkişafla bağlı ilkin proqnozunu yüksəldib.

Əvvəl Londonda yerləşən bu bank həmin məkanda 2.5 faiz inkişaf gözləyirdi. İndi isə bu rəqəmin 3.3 faiz olacağını proqnozlaşdırır.

AYİB qeyd edir ki, ilkin proqnozunu bəzi ölkələrin – xüsusilə də Polşa, Rusiya və Qazaxıstanın beynəlxalq iqtisadi böhranın təsirindən gözləndiyindən daha sürətlə çıxmasına görə dəyişib.

Amma bank həm də bildirir ki, inkişaf göstəriciləri arasında ölkədən-ölkəyə ciddi fərqlər ola bilər.

Keçən il bu regionda ümumilikdə 6 faiz azalma qeydə alınmışdı.

AYİB 2011-ci ilə də keçmiş sovet məkanında 3.8 faiz iqtisadi inkişaf gözləyir.
XS
SM
MD
LG