Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:04

Şaymiyev gedir


Tatrıstanın prezidenti Mintimir Şaymiyev prezidentlikdən əl çəkir. Kremldən verilən məlumata görə uzun müddətdir Tatrıstana rəhbərlik edən 73 yaşlı Şaymiyev növbəti dövr üçün prezident olmaq istəmədiyini bildirib. O, qərarını gənc nəslə yol açmaq istəməsi ilə izah edib.

Mintimir Şaymiyevin səlahiyyət müddəti bu ilin martında başa çatır.

Kremlin sözçüsü bildirib ki, prezident Dmitri Medvedev Tataırsatnın baş naziri 52 yaşlı Rustam Minnixanovun respublika rəhbərliyinə gətirilməsi barədə qərar verəcək.

Mintimir Şaymiyev 1991-ci ildən Tatrıstana rəhbərlik edir. Onun səlahiyyət müddəti martın 25-də başa çatır. Medvedevin yeni namizədini yerli parlament də təsdiq etməlidir.
XS
SM
MD
LG