Keçid linkləri

2026, 19 Aprel, bazar, Bakı vaxtı 00:07

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat verib

Bəyanatda yanvarın 20-də həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək, ona dekabrda prezident İlham Əliyevə təqdim etdikləri Madrid prinsiplərinin yenilənmiş variantının son redaktələrini təqdim edildiyi qeyd olunur.

Həmsədrlər yanvarın 21-də Bakıya gələrək prezident İlham Əliyevlə görüşüblər. Hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək istədiklərini bildirib.

Bəyanatda deyilir ki, həmsədrlər məsləhətləşmələr aparmaq üçün daha sonra ATƏT-ə hazırda sədrlik edən Qazaxıstana gediblər. Astanadakı məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcəklər.
This item is part of
XS
SM
MD
LG