Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

ABŞ internet senzurasını pislədi


ABŞ dövlət katibi Hillari Klintonun internetdə söz azadlığının qorunmasına həsr olunmuş çıxışı, Vaşinqton, 21 yanvar 2009
ABŞ dövlət katibi Hillari Klintonun internetdə söz azadlığının qorunmasına həsr olunmuş çıxışı, Vaşinqton, 21 yanvar 2009
ABŞ dövlət katibi Çini internet senzurasını ləğv etməyə çağırıb.

Hillari Klinton internetdə söz azadlığının qorunmasına həsr olunmuş çıxışında «Google» şirkətinin haker hücumları ilə bağlı şikayətlərini araşdırmağa da çağırıb. Əlavə edib ki, müasir dünyada bir ölkənin saytlarına hücum, hamıya qarşı yönəlmiş hücum sayıla bilər. Buna görə də vətəndaşlığından asılı olmayaraq bütün ölkələr hakerlərə qarşı mübarizə aparmalıdır.

Nəhəng axtarış sistemi olan «Google» bir qrup hakerin çinli hüquq müdafiəçilərinin email ünvanlarını sındırmağa cəhd etdiyini açıqlayıb.

Hələ ki, Çin hökumətindən Hillari Klintonun bəyanatına reaksiya gəlməyib.

Çinin «Global Times» qəzeti isə bildirib ki, ABŞ-ın «internet azadlığı dediyi ABŞ nəzarəti altında olan azadlıqdır».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG