Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:05

İnternetə senzura qoyanlar özlərinə pislik edir


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bəyan edib ki, İnternetdə senzura tətbiq edən ölkələr özünü bəşəriyyətin inkişafından uzaqlaşdırmaqla, yalnız özlərinə ziyan edirlər.

Hillari Klinton senzuraya görə Çin, Özbəkistan və Tunisi tənqid edib.O həmçinin Çinin hakim dairələrini bu yaxınlarda hakerlərin yerli hüquq müdafiəçilərinin elektron poçtuna hücum etməsini araşdırmağa çağırıb.

Hillari Klinton deyib ki, internet müasir dünyada qlobal informasiya vasitəsidir.

O bütün ölkələri insanların informasiyaya azad çıxışını təmin etməyə və hakerlərlə mübarizəyə çağırıb.

XS
SM
MD
LG